STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Yay IT Düşərgəsinə qəbul artıq başlayıb!

57

gün

11

saat

45

dəqiqə

Endirim əldə edin!

Bizə nə üçün etibar edirlər?

STEP IT Academy 1999-cu ildən IT təhsili sahəsində liderdir. Dünyada yüz minlərlə məzunu olan iri bir təşkilatıq. Biz həm uşaqlar həm böyüklər üçün IT təhsili üzrə ixtisaslaşmışıq.

Dərs zamanı ən böyük diqqəti təcrübəyə ayırırıq. Tədris proqramımız hər zaman IT sənayesi ilə uyğunlaşır və mütəmadi olaraq yenilənir. Məzunlarımızın dünyanın ən yaxşı IT şirkətlərinin hissəsinə çevrilməkdə kömək etmək üçün hər zaman ən aktual və ən tələb olunan bilikləri verdiyimizdən əminik.

Uğurumuzun sirri nədədir?

Bizdən tez-tez necə Braziliya, Meksika, Amerika, Kamboca, Gürcüstan, Rumıniya, Bolqarıstan, İsveçrə, Ukrayna kimi ölkələrdə lider olduğumuzu soruşurlar.

Əslində, heç bir sirr yoxdur. Biz əmək bazarında nələrin tələb olunduğunu dəqiqliklə bilirik. Əminik ki, keyfiyyətli IT-təhsil 3 əsas sütun üzərində qurulur: peşəkar təlimçilər, müasir tədris proqramı və düşünülmüş infrastruktur.

Ali IT-təhsil

IT STEP University Bu, Ukraynada ilk lisenziyalaşmış ali IT-təhsil ocağıdır. Tələbələrimiz proqramlaşdırma, qrafik dizayn, şəbəkələr və kibertəhlükəsizlik kimi ixtisaslar üzrə təhsil alırlar.

Biz təcrübəyə üstünlük veririk. Tələbələrimiz ilk həftələrdən real praktiki layihələr üzərində çalışır. Tələbələrimizin startaplarının müdafiəsinə isə IT sənayesindən olan tərəfdaşlarımızı dəvət edirik.

İkinci kursdan etibarən, tələbələrimiz "Dual təhsil" proqramı çərçivəsində təhsil ilə parallel Epam, Eleks, Softserve, Nix Solutions, Sigma kimi aparıcı IT şirkətlərində təcrübə keçə bilərlər. Aralarında ən yaxşıları isə karyeralarını həmin şirkətlərdə davam etdirir.

4

Ukraynada universitet

95К

tələbələr bizimlə təhsil alırlar

Orta təhsil

IT STEP School Bu günümüzdə yer alan gələcəyin məktəbidir. Məktəblərimizdə, biz IT texnologiyalarının tədrisə inteqrasiyasına və xarici dillərin dərinləşdirilmiş öyrənilməsinə üstünlük veririk. Ənənəvi fənnlər isə veb-dizayn, proqramlaşdırma, soft-skill inkişafı və biznesin əsasları üzrə dərslərlə birlikdə keçirilir. Dərslər rahat və kompüterlərlə təchiz olunmuş siniflərdə, video-studiyalarda və laboratoriyalarda keçirilir.

Tələbələrimizin ev tapşırqları və imtahanlara hazırlaşmaq ilə problemləri olmur. Tədris prosesi elə qurulub ki, məktəblilər əlavə müəllim və repetitor yanına getmədən, yeni bilikləri bərkitdikləri zaman, həmçinin imtahanlara hazırlaşmış da olurlar. Uşağın hobbiləri və valideynləri ilə ünsiyyəti üçün boş vaxtının olmasını da təmin edirik.

Tədris prosesinə individual yanaşma, uşaqları sevən və onların ideyalarını hər zaman dəstəkləyən peşəkar müəllimlər, təhsil prosesini maksimum effektiv edir.

4

Ukraynanın bütün şəhərlərində məktəblər

95К

tələbələr bizimlə təhsil alırlar

Daha çox öyrənmək üçün

Onlayn məktəb

Unicorn World Virtual School Bu, STEP IT Academy mütəxəssislərinin tərtib etdiyi distant məktəbdir.

Unicorn School-un bir çox digər onlayn məktəblərdən əsas fərqi onun innovativ yanaşması və oyunlaşdırılmasıdır. Biz uşaqları oynamağa dəvət edərək öyrənməyə cəlb edirik. İstənilən dərs, personajlar və maraqlı tapşırıqlarla dolu bir kompüter oyunu şəklində keçir. Yoxlama işi əvəzinə - quest. Qiymətlər əvəzinə isə oyun personajları üçün yeni super güc!. Hansı uşaq oynamaqdan imtina edər ki?

Unicorn School-un nəticələri göstərir ki, "oyun" şəklində keçirilən dərslərin nəticəsində, uşaqlar materialı daha tez və asanlıqla qavrayır.

21

il təcrübə

95К

tələbələr burada təhsil alırlar

Daha çox öyrənmək üçün

Nailiyyətlərimiz

Tələbələrimiz beynəlxalq IT müsabiqələr və yarışmalarda birinci yerləri tuturlar

Tələbələrimiz, dünyanın 106 ölkəsindən 400 000 insanın iştirak etdiyi beynəlxalq Microsoft İmagine Cup çempionatında (Sidney, Avstraliya) qalib gəlmişdirlər. Autodesk şirkətinin müsabiqəsində, "Junior Master" nominasiyasında birinci yeri, Cisco şirkətinin olimpiadalarında isə V və VI yerləri tutmuşdur.

Beynəlxalq "Qızıl Bayt" IT-çempionatının təşkili

2017-ci ildə STEP IT Academy 3 000 000 qriven hədiyyə büdcəsi olan beynəlxalq "Qızıl Bayt" IT-çempionatını təşkil etmişdi. Çempionatın əsas məqsədi gənc mütəxəssisləri innovasiya və biznes ideyaları yaratmağa sövq etmək idi.

Kamboca filialımız IT təhsili sahəsində mükafata layiq görülmüşdü

Kambocadaki STEP IT Academy beynəlxalq "EQUALS in TECH Award 2020" müsabiqəsi çərçivəsində, Kambocada qadınlar üçün ilk proqramlaşdırma klubunun təşkili və inkişafına görə mükafatlandırılmışdı.

Kiçik Kompüter Akademiyası BMT-yə görə dünyanın 5 ən yaxşı layihələri siyahısına daxil olunmuşdur

Kiçik Kompüter Akademiyasının proqramı, UNESCO və ITU-ya görə dünyada insan potensialının inkişafı üçün yaradılmış 5 ən yaxşı layihəsi siyahısında yer almışdır.

Tərəfdaşlarımız

STEP IT Academy-nin filialları IT sənayesinin liderləri olan Microsoft, Cisco və Autodesk şirkətlərinin rəsmi tədris mərkəzləridir. Kursu sertifikatlaşdırılmış təlimçilər keçir. Tələbələr isə, elə tədris zamanı Microsoft, Cisco və Autodesk sertifikatlarını əldə edə bilər.

Məzunların Uğur Hekayələri

student avatar
Emin Qəmbərli
Tələbə

Məsələn mən başlanğıcda “sistem administratoru olum bəsdir” deyirdim, “diplom olsun bəsdir” falan. İkinci semestrda “şəbəkəçi olmaq lazımdı”, “CCIE almaq lazımdır” deyirdim. Server keçdiyimiz zaman Linux-a və Security-yə maraq saldım və özümü orda tapdım.

Tam hekayəni oxuyun
student avatar
Məhəmməd Həmzəyev
Tələbə

17 yaşım  olması ilə əlaqədər hər hansısa bir yerdə işləmirəm və hələki o qədər də nailiyyət əldə etməmişəm, amma önümüzdəki 1 ay içərisində CCNA və RHCSA sertifikat imtahanlarına girməyi planlaşdırıram, eləcə də freelance proyektlərdə yer almışam. İlk qazancım 6 ay öncə olub.

Tam hekayəni oxuyun
student avatar
Nərmin Qəmbərli
Freelancer

Tam 3ay sonra ilk məvacibimi qazandım

Tam hekayəni oxuyun
student avatar
Elvin Abdurzayev
Azercosmos

STEP IT Academy mənə sevdiyim işi görərək pul qazanmaq və karyera qurmaq üçün imkan yaratdı.

Tam hekayəni oxuyun
student avatar
Pərvin Əsədov
Sumqayıt Texnologiyalar Parkı

Akademiyaya gəlməzdən öncə IT sahəsinə yaxın sahələrdə çalışırdım. Artıq 1-ci semestrin 3-cü ayında IT HelpDesk olaraq çalışmağa başladım.

Tam hekayəni oxuyun
student avatar
Səid Nəsibov
Məktəbli

Mən artıq 2 ildir ki, robototexnika üzrə olimpiadalarda iştirak edirəm. Keçən il Azərbaycanda robototexnika üzrə Dünya Çempionatının seçmə turunda 1-ci yeri tutdum və ölkəmizi Tailandda təmsil etdim. Bundan əlavə mən ardıcıl olaraq iki dəfə Azərbaycanda keçirilən "First Lego League"-də iştirak etmişəm.

Tam hekayəni oxuyun
student avatar
Nailə İbrahimova
Pasha Bank

STEP IT Academy-dən əvvəl müstəqil olaraq proqramlaşdırma biliklərimi genişləndirirdim. 2019-cu ilin noyabr ayının əvvəlindən, Akademiyada 7 ay təhsil aldıqdan sonra Paşa Bankda Junior Software Developer olaraq işə başladım. 

Tam hekayəni oxuyun
student avatar
Nərmin Nəbiyeva
Embawood

İlk işim tibb mərkəzi üçün bir web saytın yaradılması olmuşdu. Daha sonra bir inşaat şirkəti üçün web sayt yaratdıq, lakin bu işləri mən təcrübə müddətində həyata keçirdiyim üçün  hər hansı bir gəlir əldə etməmişəm.

Tam hekayəni oxuyun
student avatar
Sarıvəlli Nigar
SaNi Style

STEP IT Academy-də təhsil almağa başladığım vaxtdan etibarən sevdiyim peşə ilə məşğul olmaq üçün özümdə əminlik və cəsarət hiss etdim. Məhz bunun nəticəsi olaraq 6 ay ərzində qazandığım biliklər sayəsində məqsədli şəkildə qərara gəldim ki, artıq ciddi şəkildə fəaliyyətə başlamağın vaxtıdır. Və SaNi adlı geyim markasını yaradıb, kiçik komanda ilə işə başladıq.

Tam hekayəni oxuyun
student avatar
Vüqar Əliyev
Decode Web Agency

Hal hazırda "Decode" web agentliyində full stack web prograçı kimi çalışıram. Decode özümüzün təhsiz etdiyimiz bir şirkətdir. STEP IT Academy-dəki qrup yoldaşlarımızla qərar aldıq ki biz artıq burani bitirdikdən sonra öz işimizi qurub, öz gücümüzü birləşdirib orada nələrsə etməyə başlayaq.

Tam hekayəni oxuyun
student avatar
Tofig R. Əliyev
Elbit Systems

Hal-hazırda STEP IT Academy-dəki təhsilim davam edir və Elektron Hökumətin İnkişafı Mərkəzində System Admininstrator vəzifəsində işləyirəm.  STEP IT Academy mənə IT sahəsində necə peşəkar kimi irəliləməyi öyrədib və öyrətməyə davam edir. Karyeramda ilk addımları məhz STEP IT Academy ilə atmışam.

Tam hekayəni oxuyun
student avatar
Nadirova Mehin
Freelancer

STEP IT Academy-də oxumağa başladıqdan 1 il sonra ilk dəfə bir şirkətdə təcrübəçi kimi işləməyə başladım. Daha sonra zamanla inkşaf etdim. Həmişə bacardığım qədər müəllimlərin verdiyindən artığını öyrənməyə çalışırdım. Nəticə olaraq oxuduğum müddətdə özümə yaxşı portfolio, CV və təcrübə topladım.

Tam hekayəni oxuyun
student avatar
Səlimova Nərminə
Freelancer

Akademiya mənə öz xəyallarımı real etməyə kömək oldu. Və hal hazırda freelans dizayn işləri ilə məşğulam. İlk gəlirimi akademiyaya gəldiyimdən 4 ay sonra olub.

Tam hekayəni oxuyun
student avatar
Günay Həşimova
Express Bank

STEP IT Academy-də təhsil aldığım müddətdən cəmi 3 ay sonra AccessBank-da müsahibədən keçərək orada təcrübə proqrammına başladım. Orada 1 ay təcrübə keçəndən sonra, ExpressBank-da təcrübə proqrammına dəvət aldım. Hal hazırda ExpressBank-da Java Developer olaraq çalışıram.

Tam hekayəni oxuyun
student avatar
Kamran Osmanlı
Access Bank

STEP IT Academy-də təhsil müddətində əldə etdiyim nailiyətlərdən biri, beynəlxalq səviyyədə tanınan CISCO və PaloAlto imtahanlarını yüksək nəticə ilə bitirib, sertifikatlarını əldə etmək idi. Digəri isə təhsil aldığım müddətdə təhsil aldığım sahə üzrə işlə təmin olumağım oldu.

Tam hekayəni oxuyun
student avatar
Rauf İsmayılov
Portflix

Hal hazırda qardaşımla bərabər bir neçə işlə məşğuluq. Azerbaycanda irihəcmli şirkətlər üçün Cisco şəbəkə avadanlıqlarının satışını həyata keçiririk. Eyni zamanda Portflix Internet Servis Provider şirkətinin ortaq qurucularıyıq.

Tam hekayəni oxuyun
student avatar
Mircüneyd Dənziyev
Rabitə Bank ASC

Akademiyamızda təhsil aldığım müddətdə ilk 6 ayı parallel olaraq həm proqramlaşdırma həm də IT peşəsinə aid olan bilikləri əldə etdim. Bundan sonra isə məhs proqramlaşdırma sahəsini seçdiyimə görə bu sahədəki biliklərimi yenil’yib təkminləşdirdim. Amma STEP IT Academy mənə təkcə bilik vermədi. İlk öncə akademiyamızda keçirilən aktivlikləri qeyd etmək istərdim.

Tam hekayəni oxuyun
student avatar
Mustafazadə Ramazan
Məktəbli

Kodlaşdırmanı öyrənməyə balşayandan təxminən 1 il sonra, oyun yaratmaqa başladim. Hal hazirda 2 oynumu qlobal olaraq Google Play-də yerləşdirmişəm.

Tam hekayəni oxuyun
student avatar
Verdiyev Zeynal
Fogito

Akademiyada təhsil aldığım müddətdə Pronet şirkətində təcrübəçi qismində işləməyə başladım. Təhsilimi bitirdikdən sonra Moskvada yerləşən bir mühəndislik şirkətinən iş təklifini aldım və orada işləməyə başladım.

Tam hekayəni oxuyun
student avatar
Mahmudov Elvin
Kapital Bank

Bir müddət Sinteksdə işlədikdən sonra Kapital Bankdan texniki dəstək üzrə mütəxəssis vəzifəsi üzrə təklif gəldi. Kapital Bankda işlədiyim müddətdə Linux əməliyyat sistemindən əlavə olaraq müəyyən qədər HTML, CSS, JavaScript və s. öyrənərək təcrübə toplamışdım.

Tam hekayəni oxuyun
student avatar
Murad Əzizov
MİMTA fondu - Art Direktor

STEP IT Academy-də ilk semestr bildiklərimi təkrar etməyə və bilmədiklərimi öyrənməyə yardımçı oldu. Bundan əlavə ilk semestrdə rəsmin əsasları və incəsənət tarixi dərsləri sonrakı dərslər üçün atılan böyük təməl oldu. Sonrakı semestr müddətində digər fənlərlə yanaşı Azərbaycanın görkəmli fotoqrafı Çingiz Səmədzadədən fotoçəkilişin sirlərini öyrəndik.

Tam hekayəni oxuyun
student avatar
Orxan Rəsulov
Azersun Holding

Hal hazırda Azərsun Holdinqdə IT mütəxəssis olaraq çalışıram. Bu yaxınlarda isə Azintelekom şirkətinə NOC mühəndis olaraq işə qəbul olmuşam yaxın zamanda həmin qurum ilə əmək müqaviləsi imzalayacam.

Tam hekayəni oxuyun
student avatar
Sərxan Qurbanlı
ATL Tech

İlk dəfə 2020-ci ilin noyabrında rəsmi olaraq işləməyə başladım. Ondan öncə 2 ay “internship” keçmişəm. Hal hazırda ATL Tech şirkətində program təminatının tədbiqi və dəstəyi üzrə kiçik mütəxəssis kimi işləyirəm.

Tam hekayəni oxuyun
student avatar
Arzu Bəxtiyarova
Azerbaijan Digital Art

Kompüter Qrafikası və Dizayn sahəsi hər zaman dinamik olaraq qalır və yeni yeni trendlər ortaya çıxır. İl dəyişdikdə, dövr dəyişdikdə trendlər artır və daimi olaraq bu trendləri izləmək, sizi hər zaman ön planda saxlayır. Çalışın hər zaman araşdırma edəsiniz, boş dayanmıyasınız, trendləri izləməyə başlayın, dizaynerlərin işlərini izləyin.

Tam hekayəni oxuyun
student avatar
Mütəllibov Orxan
Elektron Hökumətin İnkişafı Mərkəzi

STEP IT Academy həyatımı çox dəyişdi. İlk IT-yə atdığım addım məhz STEP IT Academy sayəsində oldu. Heç vaxt motivasiyadan düşməmişəm əksinə gündən-günə dahada həvəslənirəm. Ən yaxşı olmaq arzusu məni buna məcbur edir.  Uşaqlıqdan arzum IT öyrənmək idi. Kursları bəyənmirdim. Fərqli bir mühit axtarırdım. Adi kurslar kimi olmayan fərqli bir yer. Bu muhiti STEP-də tapdım.

Tam hekayəni oxuyun
student avatar
Dadaşova Nərminə
Pyramid Group

Xəyalımı reallaşdırmaq üçün yaratdığı imkana görə STEP IT Academy-yə dərin minnətdarlığımı bildirirəm. Peşəkar bacarıqlara yiyələnməklə yanaşı, təhsil aldığım müddətdə müsbət emosiyalar aldım  və daha da irəliləmək arzusuna düşdüm.

Tam hekayəni oxuyun
student avatar
Səmral Mansurov
Veysəloğlu QRUP

Step IT Academy həyatımı dəyişib? Fikrimcə, bu suala cavabım:  “Bəli,  dəyişib”. Bu dəyişim əlbəttə ki, müsbət məna daşıyır. Belə ki, Akademiya mənə ilk növbədə vaxtımı səmərəli keçirməyi, düzgün vaxt bölgüsü aparmağı öyrədib. Burada əldə etdiyim biliklərlə təcrübə keçmək üçün müraciət etdiyim əksər şirkətlərdən müsbət cavab alırdım.

Tam hekayəni oxuyun
student avatar
Nigar Ağasıyeva
Digitalks Data Agency

Gəlirim həmişə fərqli olub. Fərqli sahələrdə frilans olaraq çalışdığım üçün hər şey texniki tapşırıqdan və müştərinin istəklərindən asılı idi. Hazırda isə  Digitalks Data Agency-də çalışıram.

Tam hekayəni oxuyun
student avatar
Əliyev Əli
Azərbaycan Beynəlxalq Bankı

Təhsil öncəsi müxtəlif işlərdə işləyirdim. Bura  avtomobil servisi (motorist, elektrik və s..)  kafe, restoran, hətta bazar işləri ilə  belə məşğul olmuşam. Hal hazırda Azərbaycan Beynəlxalq Bankında Bank Sistemlərinin İdarə edilməsi üzrə Mütəxəssis işləyirəm.

Tam hekayəni oxuyun
student avatar
Aqnessa Tarıverdiyeva
Movement Platform

Təhsil müddətində demək olar ki, hər şey menə  maraqlı idi və bu səbəbdən hər mövzuda fərqlənmək və ən yaxşı nəticələr əldə etmək istəyirdim. Artıq 2-ci semestrda bir şirkətdə Qrafik Dizayner olaraq işə başlamışdım.

Tam hekayəni oxuyun
student avatar
Nigar Şıxalizadə
Aztelecom MMC

Hal hazırda şəbəkə mütəxəsisi olaraq Aztelekom MMC-də işləyirəm. Bu günə qədər belə bir fikirlərnən qarşılaşmışam ki “IT səndə alınmaz”, “başqa bir sahəyə yönlən” və sair, amma bu fikirlərə qulaq asmamışam və öz məqsədimdən dönməmişəm. Buna görə də bu sahədə daha çox irəliləyəcəyimi düşünürəm.

Tam hekayəni oxuyun
student avatar
Tural Mustafayev
Ateshgah Insurance

Məqsədinizə gedən yolda qarşılaşdığınız çətinliklər sizi ruhdan salmasın. Kömək istəməkdən çəkinməyin və öyrəndiklərinizi başqalarına da izah etməyə çalışın. Bu ən yaxşı öyrənmək üsullarından biridir, məncə.

Tam hekayəni oxuyun
student avatar
Islam Ömərov
Smart Solutions

Təhsil müddətinin ilk 6 ayında paralel olaraq barista işləyirdim. Bu 6 ayda həm programming həm də networking ilə bağlı təməl bilikləri mənimsədim və sonda imtahan oldu. Networking-i tədris edən Vadim Bannikov məni IT departamentinin direktoru olduğu İctimai Televiziya və Radio Yayımları Şirkətində IT şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləməyə dəvət etdi.

Tam hekayəni oxuyun
student avatar
Fərzullayev Ramin
Endorphin Advertising Agency

Təhsil müddətinin ilk 6 ayından sonra artıq ilk iş təklifimi almışdım və freelance olaraq fəaliyyət göstərirdim. Artıq bir müddət sonra portfoliom yaranmışdı və yavaş - yavaş agentliklərə işə qəbul üçün dəvətləri gəlməyə başlamışdır.

Tam hekayəni oxuyun
student avatar
İlqar Şıxverdiyev
Məktəbli

Artıq 3 il di Kiçik Kompüter Akademiyasnıda təhsil alıram və gələcək təhsilimi Akademiyada Şəbəkələr və Kibertəhlükəsizlik üzrə oxumaqı düşünürəm. Akademiyadakı dərslərin mövzularını bəyənirəm. Müəllimlərin dərsləri aydın və yadda qalıcı anlatımını bəyənirəm.  Mağaza bölümündən istədiklərimizi ala bilməyimiz çox gözəldir.

Tam hekayəni oxuyun
student avatar
Məmmədov Xəlil
Last Agency

Hal-hazırda 2017-ci ildən bu yana dostlarımla komanda olaraq yaratdığımız  "Last agency"-də qrafik dizayner və videomontajçı olaraq çalışıram.

Tam hekayəni oxuyun
student avatar
Fidan Paşayeva
Codio Solutions

STEP IT Academy-də təhsil müddətimdə əldə etdiyim nailiyyətlərdən biri, bu zaman çərçivəsində həmin sahə üzrə işlə təmin olunmağım oldu.

Tam hekayəni oxuyun
student avatar
Əliyev Taleh
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu

Hal hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda baş mütəxəssis vəzifəsində çalışıram. əslində iş yerimi dəyişməyi çoxdan planlaşdırırdım. sadəcə özümü hazır saymırdım. STEP IT Academy sayəsində biliklərimi təkmilləşdirdim,  və bu addımı atdım.

Tam hekayəni oxuyun
student avatar
Kamran Niftəliyev
Abasoft

İdmanla məşqul olurdum və aldığım zədə nəticəsində, idmandan uzaqlaşıb IT sahəsinə gəldim. Təhsil aldığım müddətdə, öyrəndiklərim sayəsində öz layihələrimi gerçəkləşdirməyə başladım, və bu sahədə iş tapmağa nail oldum.

Tam hekayəni oxuyun
student avatar
Emin Qəmbərli
Kibrit

Təhsil muddətində təcrübəçi kimi işləyirdim. Bitirəndən sonra ilk olaraq IT mütəxəssis kimi işə başladım və sonra isə əsas istədiyim iş olan Linux Administratorluq üzrə kibrit.tech şirkətində çalışmağa başladım. İlk ciddi şəkildə gəlirim Akademiya bitəndən həmən sonra olub.

Tam hekayəni oxuyun
student avatar
Zeynalova Şəfiqə
Galaxy Studios

Dizayn təhsilinə ilk başladığım zamanlarda dəfələrlə motivasiyadan düşürdüm. Bunun üstəsindən təbii ki müəllimlərimin məsləhətlətləri və zəngin təcrübələrindən faydalanaraq gəldim. Fürsətdən istifadə edib bütün müəllim(ə)lərimə hər zaman bizə dəstək olduqları və gedəcəyimiz yolu asanlaşdırdıqları üçün TƏŞƏKKÜR EDİRƏM! <3

Tam hekayəni oxuyun
student avatar
Elvin Xudiyev
Innovation Agency Azerbaijan

Düşünürəm ki ölkədə IT sahəsi üzrə daha kefiyyətli və şəffaf dərs verən belə bir yer yoxdur. Bütün müəllimlərimə və STEP IT Academy heyətinə təşəkkür edirəm ki biz tələbələrin daha yaxşı oxuyub mütəxəssis olmağı üçün əllərindən gələni əsirgəmirlər.

Tam hekayəni oxuyun
student avatar
Mehtiyev Cümşüd
Elektron Hökumətin İnkişafı Mərkəzi

Şəhid qardaşım Mehdiyev Rəşad-ın təklifi ilə ixtisasımı IT sahəsinə dəyişdirməyi qərara aldım və məzh onun məsləhəti ilə STEP IT Academy-ni seçdim. Rəşad bu sahə üzrə təhsil almışdı və fərqlənmə ilə məzun olmuşdu. 2020-ci ildə vətən müharibəsində isə şəhid olmuşdur. Mehriban kollektiv, yaxşı planlaşdırılmış təhsil sistemi və ən müasir texnologiyadan istifadə STEP IT Academy-ni fərqləndirir.

Tam hekayəni oxuyun
student avatar
Səməd Məmmədov
Times Consulting

STEP IT Academy-də təhsilə başladıqdan sonra həyata baxış bucağım tamamilə dəyişib. Ən azından artıq həyatda hər şeyə dizayner gözü ilə dəyərləndirə bilirəm.

Tam hekayəni oxuyun
student avatar
Rəhman Hacıyev
Azərbaycan Hava Yolları

Məncə elə bir sahə yoxdur ki, istedad və əzmkarlıq lazım olmasın. Mənə görə bu peşədə əzmkarlıq daha böyük rol oynayır, təbii ki istedadın da olmalıdır ki çətin situasiyalarda bu vəziyyətdən çıxmağı bacarasan.

Tam hekayəni oxuyun
student avatar
Samir Osmanov
Exadel / JetSoftPro

Ofisiant köməkçisi olaraq işləyirdim. Akademiyada təhsilə davam edərkən ödəmələri qarşılamaq üçün paralel şəkildə bu işlə məşğul idim. Hal hazırda Exadel və JetSoftPro şirkətlərində Senior Software Developer kimi karyeramı davam elətdirirəm. Paralel idarə etmək çətin gəlir amma işimi sevirəm ?

Tam hekayəni oxuyun
student avatar
Ibrahim Hüseynzadə
JetSoftPro

STEP IT Academy həmişə xoş xatirələrlə xatırlayacağım, həyatımın ən önəmli dönüm nöqtələrindən biri oldu. 3 il öncəki İbrahim belə qısa müddət ərzində bu qədər uğurlu karyera quracağını ağlından keçirməzdi. Onun əsas xəyallarından biri, gələcəkdə "nə vaxtsa" beynəlxalq bir şirkətdə dünyanın fərqli yerlərindən olan proqlamçılarla birlikdə işləyib təcrübə qazanmaq idi.

Tam hekayəni oxuyun
student avatar
Sabir Isaqov
Veysəloğlu QRUP

Bu işdən ilk gəlirimi elə Akademiyada təhsilimi başladıqdan 7-8 ay sonra qazanmağa başlamışam. Nəzəri biliklərimə güvənirdim və həmin bilikləri prakitika etmək üçün müxtəlif servis mərkəzlərinə müraciət edirdim.

Tam hekayəni oxuyun
student avatar
Hacı Mərdanov
SOCAR AQS

STEP IT Academy-dən öncə avtoservisdə tuning işi ilə məşğul olurdum. Təcrübəci olaraq Məlumat Hesablama Mərkəzində junior network admin kimi fəaliyyət göstərmişəm. Daha sonra Socar-AQS şirkətindən iş təklifi almışam və hal hazırda Socar-ın IT şöbəsində Helpdesk inzibatçı olaraq fəaliyyətimi davam etdirirəm.

Tam hekayəni oxuyun
student avatar
Ülvi Bəşirov
Azərbaycan Beynəlxalq Bankı
student avatar
Salam Hüseynəliyev
Azerbaijan Airlines
student avatar
Elyar Məmmədov
IT Grup SRL

Təhsil müddətimdə ilk peşəkar sifarişimi təhvil vermişəm. Təhsil bitdikdən sonra bir müddət  frilanser olaraq çalışdım. Və IT və proqramlaşdırma biliklərimi birləşdirib gözəl nəticələr ərsəyə gətirdim.

Tam hekayəni oxuyun
student avatar
Vüqar Seyidli
SV Group

STEP IT Academy həyatımda müsbət iz buraxdı. Və bu iz məni daha da motivasiya etdi. STEP IT Academy mənə daha dinamik, daha çalışqan olmağıma və öz potensialima inam verdi. Buna görə STEP IT Academy təhsil müəssəsinə təşəkkürümü bildirirəm.

Tam hekayəni oxuyun
student avatar
Kərim Rzabəyli
Bank Respublika

Akademiyada kompüter komponentləri, şəbəkə avadanlığı və şəbəkə kabelləri ilə işləmək üçün əsas bacarıqlar əldə etmişəm. Bu bilgilər gələcəkdə ilk rəsmi iş yerimə qəbul olmaqda böyük rol oynadı.

Tam hekayəni oxuyun
student avatar
Yusif Paşa-zadə
Amazon Web Services

Məsləhətim əsasən proqramlaşdırmanı öyrənmək istəyən və ya yeni başlayanlara olacaq. Proqramlaşdırma dili ilə yanaşı, kompüter elminin əsas sahələrinə də vaxt ayırın: alqoritmlər, məlumat strukturları. Tapşırıqlar həll edin və bu sahə üzrə peşəkarların müxtəlif şirkətlərdə müsahibə təcrübələrini oxuyun. Bu, gələcəkdə ilk işinizi tapmaqda sizə çox kömək edəcək.

Tam hekayəni oxuyun
student avatar
Ağaəkbər Nağıyev
Azsmart LLC

Akademiya-da oxuduğum 4 ay idi ki, artıq IT üzrə işlə təmin olundum və ilk gəlirimi əldə etdim. STEP IT Academy həyatıma müsbət təsir göstərib ən böyük qazancım Akademiyada tanıdığım dostlarım və hər zaman dəstək olmağı özlərinə borc bilən müəllimlərim olub.

Tam hekayəni oxuyun
student avatar
Sahib Alamov
Ultel LLC

Mən Akademiya ilə 2020-ci ildə tanış olmuşam  .Marağlandığım digər müəssisələr 6-8 ay aralıqında təhsil verirdilər. Nəyə görə STEP-dəki təhsilin 2 il 6 ay olduğunu araşdıranda isə təhsilin nə qədər ətraflı dərinliklə keçirildiyini gördüm və seçimimi məhz buna görə etdim

Tam hekayəni oxuyun
student avatar
Elmir Mehdiyev
Kapital Bank
student avatar
SMM Design Bootcamp tələbələrinin rəyləri
-

Ümumilikdə Bootcamp mənim inkişafıma çox yaxşı təsir etdi. Həmişə yaradıcılıqla məşğul olmaq istəmişəm və Akademiyada təhsilimi davam etdirib və bu sahədə daha da inkişaf etməyi planlaşdırıram.

Tam hekayəni oxuyun
student avatar
Pərviz Babayev
SOCAR AQS LLC
student avatar
Kənan Cabbarlı
İnci Group of Companies
student avatar
Amin Huseynli
A2Z
student avatar
Murad Məmmədli
Caspel
student avatar
Ramil Hasanov
Starcom
student avatar
Cavidan İbrahimov
Bank Respublika
student avatar
İsmayılova Jalə
Azər Türk Bank
student avatar
Fərəczade Allahverdi
BNB Security Alliance
student avatar
Kənan Qəniyev
Qafqaznet LLC

Artıq təhsil zamanı qarşıma qoyduğum məqsədlərin bəzilərinə çatmışdım. Beynəlxalq sertifikatlar almağımı, iş tapmağımı bu məqsədlərə misal göstərmək olar.

Tam hekayəni oxuyun
student avatar
Sənan Şahverdiyev
OneDegree

Step İT Academy həyatımda çox xoş izlər qoymuş, gələcəyin peşəsinə sahib olmağıma səbəbkar olmuş, çox gözəl dostluq münasibətlərini mənə bəxş etmiş, bəlkədə gələcəyimi xilas etmişdir.

Tam hekayəni oxuyun
student avatar
Əziz Fərzəliyev
Caspian International Broadcasting Company
student avatar
Nicat Nəsirov
Socar Downstream Management

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? Özünüzə güvənin, özünüzə inanın. Uğura gedən yol heç vaxt asan olmur. Gün ərzində özünüzə və təhsilinizə vaxt ayırın. İngilis dili biliklərinizi inkişaf etdirin. Risk almaqdan, bir neçə işi eyni vaxtda yerinə yetirməkdən çəkinməyin.

Tam hekayəni oxuyun

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti