STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Hacı Mərdanov

SOCAR AQS: Helpdesk Administrator

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

STEP IT Academy-dən öncə avtoservisdə tuning işi ilə məşğul olurdum.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz? 

Təcrübəci olaraq Məlumat Hesablama Mərkəzində junior network admin kimi fəaliyyət göstərmişəm. Daha sonra Socar-AQS şirkətindən iş təklifi almışam və hal hazırda Socar-ın IT şöbəsində Helpdesk inzibatçı olaraq fəaliyyətimi davam etdirirəm.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

IT sahəsində olduğumnan bəri müxtəlif işlər görərək əlavə qazanc əldə etmişəm. Hal hazırdada rəsmi müqavilə əsasında əmək haqqı alıram.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Xeyir motavasiyadan düşməmişəm. Əksinə hər hansısa problem yarandıqda üzərində çalışıb o problemi həll etmək məni daha da motivasiya edir. Çünki problem yaranmasa biliyimizi artıra ve özümüzü inkişaf etdirə bilmərik. Yaranmış problemlər sayəsində yeni həllər öyrənirik. Bu da inkişafımıza təkan verir.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Əzmkarlıq daha vacibdir. Əzmkarlıq varsa istedad da yaranacaq deyə düşünürəm.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Əlbəttə ki dəyişib və müsbətə doğru dəyişib. Bu sahədə biliklərimi orada qazanmışam  və bu mənim üçün böyük uğurdur.

Niyə məhz STEP IT Academy? 

Peşəkar müəllim heyəti və IT tədrisinə görə. Həm praktiki həm nəzəri bilikləri mükəmməl səviyyədə öyrətdikləri üçün.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Təhsil alan tələbələrə uğurlar arzu edirəm. Bu sahəni seçərək seçimlərində yanılmadıqlarını demək istərdim. Hər hansısa problemə görə həvəsdən düşməyib daha da problemin üstünə getməklərin tövsiyyə edirəm. Hər bir tələbəyə uğurlar.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti