Təhsildən öncə nə işlə məşqul olmusunuz?
Elədə çox sahə olmayıb. Bir müddət diş texnikliyi ilə məşğul olmuşdum
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?
Təhsil müddətinin ilk 6 ayından sonra artıq ilk iş təklifimi almışdım və freelance olaraq fəaliyyət göstərirdim. Artıq bir müddət sonra portfoliom yaranmışdı və yavaş - yavaş agentliklərə işə qəbul üçün dəvətləri gəlməyə başlamışdır.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
Bəli etmişəm və hal hazırda da əsas gəlir mənbəyimdir. Bu sahədən ilk gəlirim səhv etmirəmsə 2017 ci ildə olmuşdu.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?
Təbii ki, bu hisslər insanın bir parçasıdır ki, istəməsən belə bu tip anlar yaşaya bilirsən. Hamı kimi məndə də belə hallar baş verib və verir. Amma mənə elə gəlir, incəsənətlə məşğul olan insanlara motivasiya düşüşü daha çox təsir edir. Çünki işimizdə texniki qabiliyyətdən əlavə kreativ tərəf də önəm daşıyır və belə hallar çox vaxt kreativ blok yaradır. Məncə, belə hallarda işdən bir müddət uzaqlaşıb beyinə istirahət vermək ən yaxşı varitantdı. Beyin dinc və rahat olsa insan daha yaxşı düşünə bilir, özünü nəyin daha çox motivasiya edə biləcəyini. Amma daimi stressli iş şəraitində təəssüfki bunu bacarmaq elədə rahat olmur. Mənə gəldikdə isə bu işlə olan gələcəyimi, istədikdə nələr edə biləcəyimi fikiləşib özümə yüngül motivasiya qaynağı yaratmağa çalışıram. Bəzən stressin özü belə motivasiya qaynağı ola bilir.
Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?
Məncə istedad vacib yox əlavə üstünlükdür. Tutaq ki, bir insan yaxşı istedada sahibdi amma bunu inkişaf etdirmək və daha yaxşı səviyyəyə gətirmək üçün nəsə etmirsə o istedadın nə özünə, nədə ki kənardakı insanlara bir xeyri dəymir. Məcazi mənada desəm məsələn istedadı bir naxış kimi təsəvvür edək. Əzmkarlıq göstərsən ətrafını daha yaxşı və düzgün bəzəyə bilərsən. Uzun sözün qısası əzimkarlıq daha ön plandadır məncə.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?
Hal hazırda da qrafik dizaynla məşğulam. "Endorphin" reklam agentliyində çalışıram. Əlavə olaraq da freelance işlər görürəm.
STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Bəli dəyişib. Çünki bura gəlməmişdən öncə qrafik dizaynla bağlı elə də məlumatım, anlayışım yox idi (nə qədər şablon cümlə olsada). Öz tənbəlliyimin də qatqısı var bəlkədə? araşdırmadığım üçün. Belə deyim STEP IT Academy-nin əsas rolu məni düzgün yönləndirməsi olub. Amma əsas dəyişkənliyi məncə bu peşənin özü gətirib mənə. Çünki işinlə bağlı olaraq daimi araşdırırsan və hər dəfə yeni bir şeylə tanış olursan. Nəticədə dünyagörüşü, zövq, hətta xarici dil belə istəmsizcə dəyişir, daha da inkişaf edir.
Niyə məhz STEP IT Academy?
Mən STEP IT Academy-dən ilk dəfə bir tanışım vastiəsi ilə xəbədar olmuşam. O zamanlar əsas olaraq fikrimdə olan interiyer dizaynla məşqul olmaq idi. 2017-ci il idi səhv etmirəmsə, Bakıda STEP kimi çoxşaxəli təhsil verən bir müəssisə yox idi və ya mənim rastıma çıxmamışdı . Həmçinin burda interyer dizayn dərslərinin də keçildiyini oxmuşdum və seçimimin bir səbəbi də bu idi. Daha sonra virtual olaraq Akademiyanın daxilini göstərən bir video ilə tanış oldum və hər cür şəraitlə təmin olunduğunu gördüm. Görüntülər təhsilində üst səviyyədə olacağını hiss etdirirdi. Yəni seçimimi bu formada etmişdim və peşmanda deyiləm.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Əsas yükün həmişə insanın öz üzərində olduğu unudulmasın. STEP IT Academy-nin ən böyük rolu yükümüzü yüngülləşdirmək və düzgün istiqamət verməkdir. Bizim peşənin əsas şərtlərindən biri də həmişə araşdırmaq, yeniliklərlə tanış olmaqdır. Fərq etmir yeni başlayan və ya təcrübəli bir dizayner. Hər birinə uğurlar arzu edirəm. Ümid edirəm hər kəs əziyyətinin bəhrəsini artıqlamasıyla əldə edər.