STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Emin Qəmbərli

Tələbə:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Salam əziz bu postu oxuyan yoldaşlar. 

Mən Emin Qəmbərli. Step IT Academy-in İlk çağırışının tələbələrindən Biriyəm. Hal-Hazırda Şəbəkə Texnologiyaları və Kibertəhlükəzilik Sahəsidə Təhsil Alıram. 

17 Yaşım var və STEP IT Academy-ə gəlməmişdən öncə sadəcə məktəbdə təhsil alıb və universitetə qəbul olmaq fikri olan biri idim. Step IT Academy-yə başlamazdan əvvəl Komputer Anlayışım çox az idi və sadəcə proqram yükləməyi və nəzəri olaraq (videolardan öyrəndiyim) kompüter hissələri necə yığılır kimi biliklərim vardı və sadəcə məqsəd universitetə daxil olub daha sonra normal bir işçi kimi işləmək idi. 

STEP IT Academy-yə gəlməzdən əvvəl çox sosiofobik biri idim və ən adicə lövhədə dərs belə danişa bilməyən biri idim. Gün gəldi 2016-a və mən xəbərlərdə akademiyanı gördum. Atamın dəstəyi ilə STEP IT Academy-yə başladım. 

STEP IT Academy mənə hər şeydən qabaq necə ünsiyyət qurulur onu öyrətdi və sosiofobiyamı aşmaqda mənə kömək oldu. Iki ay əvvəl lövhədə dərs danışa bilməyən Emin artıq seminarlarda sual verən aktiv bir iştirakçı idi və indi də elədir.

Buna səbəb Akademiyanın rahat disiplin şəraitidir məncə. Muəllimlərin sanki söhbət edərmişcəsinə dərs keçməsi, müxtəlif tədbirlərin təşkili və s müxtəlif mühitlərdə olma imkanı. Bunlar bəlkə də bəziləriniz üçün pis ola bilər, amma şəxsən mənə bu şərait həqiqi mənada xoş gəlir.

Hal-Hazırda Universitetə qəbul olduğum üçün işləyə bilmirəm amma freelance işləyirəm.

Bir neçə interview-larda olmuşam və aldığım geridönüşlər sadəcə “sənin 17 yaşın var, sən necə oyrənmisən bunları? Bu nə həvəs? və s” sualları almışam. 

Mən STEP-ə başlayanda hər hansısa bir kurs haqqında məlumatım yox idi.

Xəbərdə gordüyüm və araşdirmadan sonra gəlmişəm və buranı əsas seçmə səbəblərindən biri də Akademiyaya dövlətimizin dəstək olmasıdır (bilirsiniz ki, hal- hazırda akademiya 9№-li peşə liseyinin nəzdində faliyyət göstərir). Akademiyaya gəldikdən sonra həqiqətəndə gördüm ki, düz seçim etmişəm və bacımı da burada dizayn və qrafika uzrə təhsil almağa yonləndirdim.

Bu açıq aydın məsələdir ki, Akademiyanın problemləri var. Məncə bunlardan biri və ən əsası müəllimlərin kurs zamanında əgər başqa iş tapdısa çıxıb gedə bilmə imkanıdır. Bunun nəticəsində qruplarda donmalar olur və vaxt itkisi olur. Bundan başqa isə, vaxt itkisi, biliyin azalmasina, bəzı məlumatların unudulmasına gətirib çıxarır. Bu məsələ əvvəl yaşanırdı deyə vurğuladım və mən hələ başqa bir problem görməmişəm. Bura gəlmək istəyən tələbələrə məsləhətim o olar ki, bura gəlməmişdən əvvəl təməl komputer biliklərini və ən əsas ingilis dili biliklərini yoxlasınlar. Akademiyaya başladıqdan sonra isə “araşdırmaçı” olsunlar. Müəllim əgər məsələn “RAM nədir” dərsini keçirsə, evdə gedin İnternetdə bir çox əlavə məlumatlar oxuyun, videolara baxın və araşdırın. Bu sizə çox kömək olacaqdır. Hər şeyı müəllimdən gözləməyin və daha yüksək məqsədlər tutun. Akademiyada oxuduğunuz zaman siz öz məqsədlərinizi zatən istər-istəməz böyudəcəksiniz.

Məsələn mən başlanğıcda “sistem administratoru olum bəsdir” deyirdim, “diplom olsun bəsdir” falan. İkinci semestrda “şəbəkəçi olmaq lazımdı”, “CCIE almaq lazımdır” deyirdim. Server keçdiyimiz zaman Linux-a və Security-yə maraq saldım və özümü orda tapdım. Əvvəl sistem administratoru olmaq istəyən mən, artıq security-yə yönəlmişəm və məqsədim pentester olmaqdır. Siz də belə olun və məqsədinizin dalınca düşün, problemlərdən çəkinməyin, araşdırın oxuyun işləyin.

HƏR ŞEY SİZİN ƏLİNİZDƏDİR.

NOTE: Bura kimi oxuyanlara Təşəkkurlər.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti