STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Sahib Alamov

Ultel LLC: Network Equipment Specialist

İstiqamət üzrə məzun:

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Supermarketlərin birində satıcı vəzifəsində çalışmışam.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?  

Şəbəkə sahəsində yeni biliklər və iş imkanı əldə etmişəm.  

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bu işdən ilk gəlirimi Akademiyada təhsilə başladıqdan 8-9 ay sonra qazanmağa başlamışam. 

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Belə hallar olur və bu təbiidir, hətta o səviyyəyə gəlib ki öz sahəmi dəyişmək fikrinə belə düşmüşəm.  Amma məqsədə çatmaq və hər hansı nailliyyəti əldə etmək üçün bu cür halların öhdəsindən gəlmək mütləqdir.

Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?

Mənim fikrimcə elə bir sahə yoxdur ki, istedad və əzmkarlıq lazım olmasın. Mənə görə bu peşədə əzmkarlıq daha böyük rol oynayır, təbii ki istedadın da olmalıdır ki çətin situasiyalarda bu vəziyyətdən çıxmağı bacarasan.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Bəli işləyirəm. Ultel LLC şirkətində Network Equipment Specialist vəzifəsində çalışıram.

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Əlbəttə ki dəyişib və yaxşıya doğru dəyişib. Bu sahədə yeni biliklər qazanmışam və bu biliklərdən sonra bu sahəyə uyğun çalışmaq mənim ən böyük uğurumdur.

Niyə məhz Step IT Academy?

Mən Akademiya ilə 2020-ci ildə tanış olmuşam . Marağlandığım digər müəssisələr 6-8 ay aralıqında təhsil verirdilər. Nəyə görə STEP-dəki təhsilin 2 il 6 ay olduğunu araşdıranda isə təhsilin nə qədər ətraflı dərinliklə keçirildiyini gördüm və seçimimi məhz buna görə etdim

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Daim hədəflərinizə çatmağı düşünün, dərslərdən əlavə araşdırmalar və s. praktik tapşırıqlar edin ki, tam olaraq bu sahəyə yiyələnəsiniz. Hər hansısa problemə görə həvəsdən düşməyib daha da problemin üstünə getməklərini tövsiyyə edirəm. Bir sözlə qarşınıza məqsəd qoyub ona doğru gedin.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti