STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Fərəczade Allahverdi

BNB Security Alliance: Cyber Security Engineer

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Şəbəkələr və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşğul olmusunuz?

Akademiyada kı təhsildən öncə işləmirdim. 

Təhsil müddətində bütün imtahanları ən yüksək balla keçib endirim əldə etmişəm. Bundan əlavə təhsil müddətində CCNA Beynəlxalq şəbəkə mühəndisliyi sertifikatını əldə etmişəm

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

İlk dəfə ölkənin tanınmış IT şirkətlərinin birində Desktop Support Engineer olaraq fəaliyyət göstərib rəsmi gəlirimi qazanmışam.

Belə bir hal olub ki siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?

Yorulduğum vaxtlar olub. Lakin bu vaxtlarda belə oxuyub araşdırmağa davam etmişəm və biliyin artmasının verdiyi öz güvən ilə çətinlikləridə üstələmişəm.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Peşəmdə heç bir xüsusi istedada ehtiyac yoxdur. Sadəcə əzimkarlıq və davamlı inkişaf lazımdır.

Hal hazırda nə işlə məşğul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

Hal-hazırda Kibertəhlükəsizlik üzrə mühəndis vəzifəsində və müəllim olaraq fəaliyyət göstərirəm.

 

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Step IT Academy ilə daha çox maraqlı təhsil həyatım olub.

Burada mənə dəyərli olan çoxlu dostlar qazanmışam.

 

Niyə məhz Step IT Academy?

Çünki STEP IT Academy sırf IT təhsilinə yönəlmiş tam professional bir təhsil müəssisəsidir. Digər IT təhsil akademiyalarından fərqli olaraq STEP IT tələbələr üçün təhsildən əlavə tam bir IT mühiti yaradır. 

Bu mühit ilə tələbələr ətraflarında daha savadlı və gələcək üçün parlaq düşüncələri olan insanlar qazanır.

 

 Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə maraqlananlara nə demək istərdiniz?

Həyatlarını IT mühitində davam etdirib və gələcək həyatlarında rahat və perspektivli bir yaşam istəyən hərkəs üçün STEP IT Academy-ni tövsiyə edirəm. Bu yolda olan hər kəsə uğurlar diləyirəm.


 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti