STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Yusif Paşa-zadə

Amazon Web Services: .NET Developer

İstiqamət üzrə məzun:

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Akademiyadakı təhsildən öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kompüter mühəndisliyi ixtisası üzrə ikinci kursda   təhsil alırdım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?  

Akademiyada təhsil aldığım müddətdə yerli sayğac istehsalı zavodunda proseslərin avtomatlaşdırılması üzrə bir neçə layihə üzrə işləyirdim.

Həmçinin universitetimdə təhsilin səviyyəsi aşağı olduğundan, mən öz təşəbbüsümlə müəllimləri əvəz edərək proqramlaşdırma və kompüter şəbəkələri üzrə mühazirə və praktiki dərslər keçirdim, burada STEP IT Academy-də əldə etdiyim bilikləri qrup yoldaşlarımla bölüşürdüm. Bakalavr dərəcəsi aldıqdan sonra Birmingham Universitetində magistr proqramına daxil oldum, burada C / C ++ dillərində əldə etdiyim bacarıqlar gündəlik tapşırıqların və diplom işinin yetirilməsinə kömək etdi.

Bundan əlavə, mən bir sıra freelance layihələr üzrə işləmişdim və həmçinin Kibrit şirkətində bir müddət çalışmışam.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiniz?

Çox nadir hallarda proqramlaşdırmadan yoruluram. Həmişə əlimdə “əyləncəli” şəxsi layihəm olur ki, gündəlik işimdən bezəndə ona keçirəm. Və, əgər birinci üsul nəticə vermirsə, onda gitara çalmaq həmişə kömək edir.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzmkarlıq?

İstedadın vacib olması ifadəsi yalandır və insanların çoxunu proqramlaşdırmanı örgənməkdən çəkindirir. Bəli, proqramlaşdırmanı başqalarından daha asan öyrənən insanlar var, amma yadda saxlamaq lazımdır ki, proqramlaşdırma sprint deyil, marafondur, ona görə də öyrənmək istəyi və səbir, sizi istedaddan daha da irəli aparacaq.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Mən Kibrit-də bir il .NET tərtibatçısı kimi işləmişdim və bu yaxınlarda Amazon Web Services-də işə başlamışam.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Akademiya mənim üçün gələcəyə doğru tramplin oldu.

Niyə məhz STEP IT Academy?

Şəbəkə və proqramlaşdırma üzrə biliklərimi dərinləşdirmək istədiyim üçün Akademiyanı seçdim.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Məsləhətim əsasən proqramlaşdırmanı öyrənmək istəyən və ya yeni başlayanlara olacaq. Proqramlaşdırma dili ilə yanaşı, kompüter elminin əsas sahələrinə də vaxt ayırın: alqoritmlər, məlumat strukturları. Tapşırıqlar həll edin və bu sahə üzrə peşəkarların müxtəlif şirkətlərdə müsahibə təcrübələrini oxuyun. Bu, gələcəkdə ilk işinizi tapmaqda sizə çox kömək edəcək.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti