Təhsildən öncə nə işlə məşqul olmusunuz?
Təhsildən öncə xüsusi bir fəaliyyətim olmayıb.Atatürk universitetində Public Relations, Advertising and Applied Communication ixtisasında təhsil almışam.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Təhsil müddətində öyrəndiyim bütün proqramların rəsmi sertifikatlarını əldə etmişəm.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
''Azərsun'' şirkətinə məxsus olan ''Shokki Mokki'' brendinin ''Bravo'' supermarketlər şəbəkəsi üçün nəzərdə tutulmuş stendlərin dizaynını hazırlamışdım və ilk nəvacibimi o işdən əldə etmişdim.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?
Bəli, bir neçə dəfə belə bir hal baş verib. Lakin STEP IT Academy-dəki müəllimlərim mənə əlavə motivasiya verməklə birlikdə bu işdən tamamilə uzaqlaşmamağım üçün əllərindən gələni ediblər.
Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?
Başlamaq üçün istedad, davam etdirmək üçün və böyük uğurlar əldə etmək üçün əzmkarlıq vacibdir
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Hal-hazırda UI/UX dizayner olaraq fəaliyətimi davam etdirirəm və 'TIMES CONSULTING' şirkətində çalışıram.
STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
STEP IT Academy-də təhsilə başladıqdan sonra həyata baxış bucağım tamamilə dəyişib. Ən azından artıq həyatda hər şeyə dizayner gözü ilə dəyərləndirə bilirəm.
Niyə məhz STEP IT Academy?
Çünki STEP IT Academy-nin peşəkar müəllim kollektivi və keyfiyyətli təhsil sistemi qarşıma qoyduğum məqsədlərə çatmağım üçün məndə inam hissi yaratdı
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Qrafik-dizaynerlik üzrə təhsil almaq istəyənlərə bunu deyə bilərəm ki, STEP IT Academy bu sahəyə yiyələnmək üçün ən doğru seçimdir.