STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Kənan Qəniyev

Qafqaznet LLC: Network Administrator

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Şəbəkələr və kibertəhlükəsizlik üzrə təhsil almışam.

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsildən öncə universitetdə sıradan bir tələbə idim,blakin təhsildən sonra seçilən tələbə oldum :)

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?

Təhsil müddətində sevdiyim ixtisas üzrə öz biliklərimi artıraraq beynəlxalq sertifikat imtahanlarına hazırlaşırdım. Təbii ki, bunda Step İT Academy-nin , xüsusən də İsmayıl Məmmədovun və qrup yoldaşlarımın əməyi böyükdür.

Artıq təhsil zamanı qarşıma qoyduğum məqsədlərin bəzilərinə çatmışdım. Beynəlxalq sertifikatlar almağımı, iş tapmağımı bu məqsədlərə misal göstərmək olar.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Təbii ki. 2022-ci ilin iyul ayı rəsmi gəlirimi əldə etdim.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?*

Bəli, normal olaraq bəzi hallarda olurdu. Mövzuların çətinliyi, hava şəraiti, bəzən yolu falan bəhanə edirdim özlüyümdə amma müəllim qrupda elə abu-hava yaratmışdı ki, qrupda hər kəs ən yaxşısını eləmək üçün çalışırdı. Bu xoş rəqabət mənə ən böyük motivasiya idi. Həm bizim Mystat sistemi, həm müəllimin yaratdığı əsl şəbəkə atmosferi məni demotive olmağa qoymurdu. Təbii ki, bu yolda mənim ən yaxın qrup yoldaşlarım da mənə dəstək olurdu. Biz həmişə bir-birimizi motive edirdik ki, sonda istədiyimiz peşəyə nail olaq.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Bizim peşədə mənə görə əsas əzmkarlıq önəmlidir, lakin qəbullanmaq lazımdır ki, istedad olmasa daha ağır , çətin gələ bilər sahə. Mən deyərdim ki, bizim sahə üçün ən əsası həvəs lazımdır, güclü motivasiya lazımdır ki, sən oxumaqdan , çətinlikdən qorxmayasan.Təbii ki, nəyəsə nail olmaq üçün müəyyən çətinliklərdən keçməlidi insan, bu müddətdə olan çətinliklərə mən yuxusuzluğu, fiziki yorğunluğu, dostlarla zaman keçirməyi misal göstərə bilərəm.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hal-hazırda QAFQAZNET şirkətində Şəbəkə inzibatçısı vəzifəsində işləyirəm.

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Bəli, zatən mən Step IT Academy-də başlayanda bu günümü xəyal edib başlamışdım. Step IT Academy, xüsusən də İsmayıl müəllim mənim iş karyeramda uğurlu olmağımın əsas səbəbkarıdır.

Niyə məhz Step It Academy?

Sillabusu , dərs mühiti Step IT Academy-ni seçdim.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Hər kəsə uğurlar arzu edirəm. Dərsləri heç vaxt axsatmasaz , uğurlu olacaq hər şey. Dərslərin çətinliyini bəhanə eləməyin. Çox çalışın nəticə gələcək.

 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti