Salam. Mən Sərxan Qurbanlı. STEP IT Academy-də Şəbəkələr və kibertəhlükəsizlik istiqaməti üzrə təhsil almışam.
Təhsildən öncə 18 Nömrəli Peşə Lisseyində aşpazlıq ixtisası üzrə təhsil almışdım. Bitirdikdən sonra həmin sahə üzrə işləməyə başladım, ancaq səhətimlə bağlı yaranan problemdən sonra aşpazlıq sahəsi ilə yolumu ayırdım. Uşaqlıq arzum olan IT və Kibertəhlükəsizlik üzrə oxumaq üşün STEP IT Academy-yə qatıldım. Lakin yemək bişirmək ikinçi favoritim olduğundan, həmin sahə üzrə də təhsilim və diplomum olub. Təhsil aldığım müddətdə Netacad Sertifikatları almışam və toplamda 5 sertifikata sahibəm: IT essentials, CCNA, CCNA 2, CCNA 3, CCNA 4.
İlk dəfə 2020-ci ilin noyabrında rəsmi olaraq işləməyə başladım. Ondan öncə 2 ay “internship” keçmişəm. Hal hazırda ATL Tech şirkətində program təminatının tədbiqi və dəstəyi üzrə kiçik mütəxəssis kimi işləyirəm.
Təzə oxumağa başlayanda sanki istədiyim sənətin olmadığını düşündüm, ancaq sonradan müəllimlərin və qrup yoldaşlarımın dəstəyi ilə və nailiyət əldə etdikcə motivasiyam qalxmağa başladı və irəliləməyə davam etdim. Hər zaman istər mən, istər başqa birisi çətinlik çəkdiyi an həm qrup yoldaşları olaraq, həm də müəllimlərimiz belə bizə dəstək olurlar. Bu şəraitdə kim motivasiyadan düşər?
Peşəmizdə həm əzmkarlıq, həm də istedad vacibdir. Bu iki ünsur bir biriləri ilə paralel olmalıdır. Bəlkə də kimsə deyə bilər ki, əzmkarlıq varsa istedad da olacaq və yaxud tam əksinə, ama bu sahə üzrə həm istedad vacibdir həm də əzmkarlıq. İkisi də əhəmiyyətlidir! STEP IT Academy mənim üçün mükəmməl olan peşəni tapmağa kömək edib. Hansı sahə üzrə inkişaf edəcəyimi mənə sübut edib və tam əminliklə deyə bilərəm ki 180 dərəcə həyatımı dəyişib.
Əslində STEP IT Academy-ni ilk dəfə 2016-cı ildə kəşf etmişdim. Sadəcə olaraq səhv anlaşılma ilə qəbul üçün imtahanı digər universitet imtahanları kimi olduğunu düşündüb vaz keçdim. 2 il keçdikdən sonra dəqiqləşdirib səhv anladığımı baça düşdüm. Giriş imtahanında yaxşı nəticə almağım bu sahənin necə mənə aid olduğunu anladım.
Niyə məhz STEP IT Academy sualına cavabım isə Azərbaycanda, belə prestijli və IT sahəsi üzrə təhsil verə bilən ikinci bir təhsil müəssisəsi yoxdur. Həm müəllimlər olsun, həm şərait olsun STEP-ə çatan bir təhsil müəssəsi yoxdur. Mükəmməl praktika, real avadanlıqlarla iş. Bu şəraiti daha tapa bilərdim ki? Sizə əminliklə deyə bilərəm ki real avadanlıqlarla buraxın işləməyə başlamaq üçün real iş şəraitində ən azı 2 il təcrübəyə sahib olmalısınız. Həm də STEP-in ab-havası insana doğma gəlir. Bu sahəyə, bu yerə aid olduğunu anlayırsan və məhz buna görə də STEP IT Academy.
Əgər IT sahəsi üzrə ölkə xaricinə çıxmadan, təhsil almaq istəyirsinizsə, sizə tam əminliklə deyə bilərəm ki STEP IT Academy sizə lazım olan bir təhsil ocağıdır. Özünüzü mükəmməl şəkildə təkminləşdirmək, bu işin peşəkarları tərəfindən təhsil almaq, real praktiki işləri yerinə yetirmək və ən asası özünüzü məhz bu sahənin eksperti olması yolunda təkminləşdirmək üçün bu akademya çox mükəmməl bir başlanğıcdır.
Təhsil alan tələbələrə isə doğru yolda olduqlarını bildirmək istəyirəm və heç vaxt iradənizi itirməməyinizi tövsiyyə edirəm. Əgər əziyyət çəkirsinizsə əlbəttə onun bəhrəsinidə artıqlaması ilə alacaqsınız!