STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Fidan Paşayeva

Codio Solutions:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsildən öncə Xoreoqrafiya Akademiyasında klassik və milli rəqs ilə məşğul idim. Lakin hər zaman dizayna marağım olsa da bu sahə üzrə heç bir əlaqəm və bilgim yox idi. Daha sonra bu sahənin dərinliklərini öyrənmək üçün bir neçə kursla marağlanıb, geniş və əhatəli dərs sistemi və səmimi atmosferi ilə diqqətimi cəlb edən STEP İT Academy-də təhsilimə start verdim. Dizayna ilk addımları atarkən mənə və qrupdakı digər tələbələrə öz dəstəyini və biliyini ötürən Fərəh xanıma da fürsətdən istifadə edib təşəkkürlərimi bildirirəm. Dərslər çox dinamik, motivasiya edici və sistematik keçirdi bu mənim üçün çox önəmli idi. İlkin olaraq qrafik-web dizaynı üzrə özümü inkişaf etdirməyi qərara aldım və bu yolda addımladım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?

STEP İT Academy-də təhsil müddətimdə əldə etdiyim nailiyyətlərdən biri, bu zaman çərçivəsində həmin sahə üzrə işlə təmin olunmağım oldu.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bəli, bu sahədə təhsilimə başlayandan təqribən bir il sonra ilk gəlirimi əldə etmişəm.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüşsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?

Motivasiyadan düşdüyüm zamanlar olurdu və bu hal elə də yaxşı deyil. Lakin bu insanın daim yaşaya biləcəyi standart hadisələrdən biridir. Həyatımızda bəzən belə anlar olur amma əsas olan yenidən özündə maraq oyadıb motivasiyanı vaxtında gec olmadan bərpa etməkdir.

Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?

İstər istedalı ol istər istedadsız, əgər insan öz məşğul olduğu sahədə əzmkarlıq nümayiş etdirmirsə bu halda, məğlubiyyət qaçılmazdır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

"Codio Solutions" şirkətində Uİ\UX dizayner kimi fəaliyyət göstərirəm.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Daha öncə texnologiya ilə yaxından əlaqəm olmamışdı, STEP məni bu sahə ilə tanış etdi və bu daha sonrakı addımlarımda mənə kömək oldu.

Niyə məhz Step It Academy?

Maraqlandıqdan sonra, axtardığım daha əsaslı baza təhsil proqramını burada tapdım.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Birincisi salam :D Əzmli olun, seçdiyiniz sahəni sevin.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti