Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?
Şəbəkələr və Kibertəhlükəsizlik üzrə təhsil alıram.
Təhsildən öncə nə işlə məşgul olmusunuz?
İT təhsilimdən öncə otel sektorunda işləyirdim.
STEP IT Academy-də təhsilə başladıqdan sonra, hər şeyi qoydum qırağa və yalnız öz sahəm üzrə oxumağa fokslandım.
Təhsil müddətində və ya sonra hansı nailiyyətlər əldə etmisiniz ?
Təhsil müddətim ərzində, şəbəkə və proqramlaşdırma üzrə, əsasəndə şəbəkə üzrə orta səviyyəyə çatdım və nəticə etibarı ilə bir çox beynəlxalq sertifikatlar əldə etdim.
Hal hazırdada şəbəkə üzrə təhsilimi dahada irəlilətməyə çalışıram.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
İlk işim özəl şirkətlərdən biri idi ki, bu da STEP IT-dəki təhsilimin 1 ci ilinə təsadüf edirdi. Təcrübəçi vakansiyası üzrə o şirkətdə işləyirdim.
Belə bir hal olub ki , siz motivasiyadan düşmüsüz? Əgər olubsa, bunun öhdəsindən necə gəlmisiz?
Bəli, insan hər zaman motivasiyadan düşür.Motivasiyadan düşmək yalnız bu sahəyə xas xüsusiyyət deyil. Mənim motivasiyadan düşüb daha sonra əzmkarlıqla qalxmağımda əsas rol müəllimlərim idi.
Mən onda şanslı idim ki, müəllimlər təcrübəli və savadlı müəllimlər idi.
Bəzən o həddə çatmış olurdu ki, mən bu sahədən ayrılmaq istəyirdim, o zaman müəllimim ilə dərin söhbətlər aparırdıq. Belə desək, müəllimim öz işlərini kənara atıb sadəcə məni dinləyib dəstək olurdu.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
Hər iki ünsür çox vacibdir. Əks halda bu sahədə yox, həyatda heçbir sahədə nailiyyət qazanmaq mümkün olmaz.Bu sahədə ugur qazanmaq üçün hər iki ünsürə ehtiyac duyulur.
Hal hazırda nə işlə məşgul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?
Hal hazırda A2Z technologies-də, Şəbəkə İnzibatçısı olaraq işləyirəm. Və çox məmnunam ki, öz sahəm üzrə işləyirəm.
Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
STEP IT Academy həyatımın həm iş sahəsində, həmdə bəzi şəxsi bacarıqlarımın artmasında köməyi olub.
Niyə məhz Step It Academy?
Müəllimlərin təcrübəli və savadlı olması, eyni zamanda işçi heyətinin daim hər bir şagirdi 1 nəfər kimi nəzarətdə saxlaması və dəstək olmasını deyə bilərəm.Məncə STEP İT ni seçmək üçün bunlar yetərlidir.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Heç bir zaman motivasiyadan düşməmələrini, daim əzmkarlı olmağı, müəllimlərdən bərk yapışmağı tövsiyyə edirəm. Bu halda istədiyiniz naliyyətləri əldə edəcəksiniz.