STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Mustafazadə Ramazan

Məktəbli:

İstiqamət üzrə məzun:

Kiçik Kompüter Akademiyası

Hamıya salam. Mənim adım Mustafazadə Ramazandır. STEP IT Academy-nin Kiçik Kompüter Akademiyasında təhsil alıram. 2021 ci ilin aprel aprel ayında Kiçik Akademiyanı bitirirəm. Artıq 3 ildir Akademiyanın tələbəsiyəm. 

 

Tədrisə yeni başlayan vaxtlarda ilk dərslərdən xoşum gəlmirdi. Html ve Css kodlarından xoşum gəlmirdi, alışa bilmirdim. Sonradan başa düşdüm ki mənə bu sahə lazimdir və kodları daha ətraflı öyrənməyə başladim. Kodlaşdırmanı öyrənməyə balşayandan təxminən 1 il sonra, oyun yaratmaqa başladim. Hal hazirda 2 oynumu qlobal olaraq Google Play-də yerləşdirmişəm.

 

1 ci oyunum Football Players-di. Oyun boyu siz öz personajınızı yaradıb. digər personajla futbol oynayırsınız və missiyalar keçirsiniz. Personajınızın gücünü və alətlərini çoxaldıb daha güclü və daha yaxşı oynamaq imkanınız yaranır. Oyunu buradan yükləyib qiymətləndirə bilərsiniz. 

 

 

2 ci oyunum isə "Car Ar Foundation" adlanır. Bu oyun augmented reality, yəni əlavə olunmuş reallır üzərində qurulub. Oyunda siz ətrafınızda olan məkana istənilən maşını yerləşdirə bilərsiniz və seçdiyiniz maşənda dəyikliklər və tuninglər əlavə edə bilərsiniz. Car Ar Foundation oyunumu bu linkdən yükləyib qiymətləndirə bilərsiniz. 

 

 

 

Çalişıram yeni oyunlar yaradim. Əlave edimki daha bir oyunum artıq hazırdır. Adı "Black Force"-dur və bu yaxınlarda onu da paylaşacam.

Akademiyada ən çox xoşuma gələn dərslər Photoshop, Unity, Blender dərsləridir ve mən bütün müəllimlərimdən olduqca raziyam. Oların sayəsində çox şey öyrəndim və öyrənməyə davam edirəm. 

Gələcəkdə proqramçı olmaq arzusundayam və əlavə olaraq oyun yaradılması sahəsini də bilirəm. Ən böyük arzum isə STEP IT Academy-də peşəkar təhsil almaqdı. 

Akademiyada təhsil alan uşaqlara sözüm odu ki, “Gözəl təhsil alanin Gözəl gələcəyi var”.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti