STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Əliyev Əli

Azərbaycan Beynəlxalq Bankı:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız? 

Mən dövlət təhsilimi 9-cu sinifdən dayandırmışam və yalnız STEP Academy də peşə təhsilimi davam elətdirmişəm


Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Ümumən 7 yaşımdan işləyirəm. Təhsil öncəsi müxtəlif işlərdə işləyirdim. Bura  avtomobil servisi (motorist, elektrik və s..)  kafe, restoran, hətta bazar işləri ilə  belə məşğul olmuşam. Heç zaman boş durmamışam :) 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz? 

Cisco-nun müxtəlif tədris sertifikatlarını əldə etmişəm. Mayın 4-ü isə yeni növ CCNA 200-301 imtahanını verməyi planlaşdırıram. 16 yaşımdan Azərbaycan Beynəlxalq Bankında Təcrübə keçmək və sonra Azərbaycan Beynəlxalq Bankında bir başa Bank Sistemlərinin İdarə edilməsi şöbəsində Mütəxəssis vəzifəsində işləməyə başladım. Əlavə olaraq özüm də tələbə hazırlamışam. 15 yaşlı bir gənc adama  20-30 yaşlı insanların “müəllim” deyərək müraciət etməsinin  ozünü bir nailiyət olduğunu düşünürəm. Məncə, kiçik-kiçik belə nailiyətlər çoxdur həyatımda.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

IT sahəsində ilk gəlirimi IT Essentials kursumuzun artıq 5-ci ayında müxtəlif elan saytlaında elan verərək freelance işləyimdən başlayıb. Hardware və software ilə əlaqədar kiçik sifarişlər götürürdüm. 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

İnsanların həyatında dönəmlər olur ki, insan motivasiyadan düşür. Bu çox şey ilə əlaqəli ola bilər: bəzən  uğursuzluq bəzən yorğunluq. Bu amillər insanın motivasiyadan düşməsinə səbəb olur. Amma mən həmin dönəmdə qısa müdətlik özümə istirahət verirəm. Yenidən işə başlayanda isə belə bir cümlə ilə başlayıram: "'Əgər sən güclüsənsə, gücünü göstərməyin tam zamanıdır". Kiçik məqsədlər qoyub olara çatmaq  boyük nailiyyətlərin qapısını açır və insanı daim motivasiyada saxlayır.

Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?

Əziyyəti sevən hər  bir insan həyatda mümkün deyilki uğursuz olsun, eləcədə əzimkar olmasın. Əzimkarlıq göstərən insan isə artıq istedadlıdır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hal hazırda Azərbaycan Beynəlxalq Bankında Bank Sistemlərinin İdarə edilməsi üzrə Mütəxəssis işləyirəm.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Təbii ki dəyişi. Bu gün karyeramda bu səviyyəyə gəlmişəmsə IT STEP Academy-nin buna çox böyük qatqıları vardır.

Niyə məhz Step It Academy? 

Sözün düzünü desək mən yox STEP IT Academy məni tapdı. Bəlkə də həyatda ən böyük hədiyyələrdən biri oldu STEP IT Academy-də təhsil almaq.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Hər bir iş sevgi ilə olar. Sevgi olmasa çətin ki uğur qazanasan, işlərini peşələrini  sevmələri ən böyük hədiyyə olacaq özlərinə. Akademiyadan maksimum faydalanmaq, hətta hər bir müəllimdən kiçik  məlumat da əldə etmək böyük bir fayda verə bilər. Mən elə idim :) Boyük əzmlə və motivasiya ilə işlərini, dərslərini icra etmələrini demək istərdim.
 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti