STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Pərviz Babayev

SOCAR AQS LLC: IT Helpdesk

İstiqamət üzrə məzun:

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Dövlət Sərhəd Xidməti (DSX)  Akademiyasına qəbul olmuşam və orda 2 il hərbi təhsil almışam. Daha sonra müxtəlif sahələrdə, özəl şirkətlərdə (AzerMed, Texno Gallery və s.) çalışmışam.

Təhsil müddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?  

Step IT Academy-də  təhsil aldığım 2-ci ayından  artıq AZINTech şirkətində Helpdesk assistant olaraq IT sahəsində çalışmağa başlamışam.

Ümumilikdə təhsil müddətində Azintech, Atatürk Lisesi, Unitech şirkətlərində çalışmışam.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bəli  Step IT Academy-də təhsil aldığım  2-ci ayından gəlir almağa başlamışam və bu proses artan prizma ilə davam etməkdədir.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

IT sahəsi çox gözəl sahə olmasına baxmayaraq həmdə çalışqanlıq tələb edən  bir sahədir. Təhsil ilə paralel, həmdə işlədiyimə görə, dərslərimdən geri qalma hallarım olanda motivasiyadan düşdüyüm olub. Amma məqsədim bu sahədə daha yaxşı olmaq olduqunan qısa müddətdə özümü toparlamaqı bacarmışam.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Düşünürəm ki hər ikisi bir arada olsa mükəmməl olar, amma əzimkarlıq istənilən insanı istedad sahibi edə bilər.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hazırda SOCAR AQS LLC də IT Helpdesk olaraq çalışıram.

Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Düşünürəm ki, Step İT Academy mənim İT sahəsində qazandıqım uğur və əlaqələrin bir başa səbəbkarıdır.

Niyə məhz Step It Academy?

Çünki IT sahəsində Step İT Academy nömrə birdir mənim üçün.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Hər kəsə uğurlar arzulayıram. Məqsəd və arzularına çatmaq üçün həvəsdən düşməməyi məsləhət görürəm. Daim daha həvəslə çalışsınlar mütləq nəticə eldə edəcəklər. Təhsil almaqı düşünənlərə isə heç tərəddüd etmədən Step IT Academy -dən başlamaqlarını məsləhət görürəm.

 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti