Salam. Mən Rauf İsmayılov Step İT Academy-də Proqram Təminatının Yaradılması ixtisası üzrə təhsil almışam.
STEP IT Academy-yə qardaşım Asif İsmayılovla bərabər gəldik. O şəbəkə mütəxəssisi, mən isə proqramlaşdırma sahəsini seçdim. Təhsildən öncə ticarətlə məşğul olmuşam. Məqsədim IT sahəsini ətraflı öyrənmək, və bu sahə üzrə ticarət və biznesə davam etmək idi.
STEP IT Academy-də təhsilimi bitirdikdən sonra Beynəlxalq Bankın rəqəmsal departamentində Web developer kimi, və eyni zamanda bankın digər proqramistləri üçün mentor olaraq fəaliyyət göstərdim. Bankdan ayrıldıqdan sonra Pasha Holding-in IT departamentində Web Development üzrə təlimçi oldum. Eyni zamanda Burada işlədiyim müddətdə fərdi olaraq mobil tətbiqetmələr hazırlamaqla məşğul oldum. Bu şirkətdən də könüllü ayrıldıqdan sonra freelance Full Stack developer kimi işləməyə və fərdi dərslər deməyə başladım.
Gəlirimin əsas hissəsini bu sahədən öyrəndiyim biliklərlə əldə edirəm. İlk gəlirimi isə hələ akademiyada təhsil aldığım müddətdə sifariş götürdüyüm bir websaytdan əldə etdim.
Bu peşədə istedaddan daha çox əzmkarlığa ehtiyac var. Çox zaman həll etməkdə çətinlik yaşadığımız tapşırıqlarda və ya dərslərdə ruhdan düşmək əvəzinə, problemi hell edənə qədər daha çox çalışmaq lazım olurdu.
Nə mən, nə də qardaşım heç vaxt motivasiyadan düşmədik. Qarşımızda bir hədəf var idi və ona nail olana qədər hər cür çətinliyə hazır idik.
Hal hazırda qardaşımla bərabər bir neçə işlə məşğuluq. Azerbaycanda irihəcmli şirkətlər üçün Cisco şəbəkə avadanlıqlarının satışını həyata keçiririk. Eyni zamanda Portflix Internet Servis Provider şirkətinin ortaq qurucularıyıq. Əlavə olaraq Türkiyədəki Tekstil istehsalı və ixracı ilə məşğul olan şirkətlər üçün web ve mobil platformalar hazırlayırıq.
Təbii ki Step IT Akademiyasının mənim karyeramda köməyi böyükdür. Əvvəla IT sahəsində hər hansı bir işlə, ticarətlə, bizneslə məşğul ola bilmək üçün bu sahəni ətraflı öyrənmək lazım idi. Buna da STEP IT Academy komandasına qoşulmaqla nail oldum.
Akademiyadaki ən sevdiyim struktur, ilk gələnlər üçün eyni zamanda həm proqramlaşdırma həm də IT essentials dərslərinin keçirilməsidir. Bu struktur təhsilin ilk hissəsini bitirdikdən sonra tələbələrə sevdikləri, maraq göstərdikləri sahəni seçməyə kömək edir.
Hər bir tələbənin oxuduğu müddətdə ağlında bu suallar olur: Proqramlaşdırma yoxsa IT? Web yoxsa Mobil developer? Frontend yoxsa Backend? Sistem yoxsa Şəbəkə? Hansında daha tez iş taparam? Hansında maaş yüksəkdir? Tələbələrə bunu demək istərdim ki, hansı sahəni seçirlər seçsinlər, əgər işlərində peşəkar ola bilsələr istər Azərbaycanda, istərsə də dünyanın hər hansı ölkəsində iş tapmaq digər sahələrə nisbətən daha asandır. Biz texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Nə qədər ki inkişaf var, bir o qədərdə bu sahələrin hər birində mütəxəssislərə ehtiyac var.