Təhsildən öncə nə işlə məşqul olmusunuz?
STEP IT Academy-dən öncə müxtəlif sahələrdə çalışmışam. Bunlardan biri də təhsil sahəsidir. Sonra isə, IT sahəsini öyrənməyə qərar verdim.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Təhsil müddətində beynəlxalq sertifikat imtahanlarına hazırlaşırdım. Eyni zamanda təhsil müddətində IT təcrübə proqramına qatılmışam. Uğurla bitirdikdən sonra işə başlamışam.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
İlk dəfə təhsil şirkətlərinin birində HelpDesk olaraq çalışıb, rəsmi gəlirimi əldə etmişəm.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?
Bəli, işdən çıxıb dərsə gəldiyim üçün yorğun halda olurdum. Hətta elə vaxtlar olurdu ki, IT sahəsinə son verməyi belə düşünürdüm. Şəbəkə dərslərində Kamran müəllim çox motivasiya və dəstək oldu. Bəlkə də IT sahəsinə son vermişdim. Amma, öhtəsindən gəldim.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
İstənilən sahədə istedad və əzmkarlıq vacib amillərdən biridir. IT sahəsində gündən-günə yeniliklər olur. Daim inkişafda olmalısan. Müxtəlif sahədə olduğu kimi, IT sahısində də çəkilən əziyyət boşa getmir.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Hal-hazırda Caspian International Broadcasting Company şirkətində Şəbəkə inzibatçısı vəzifəsində çalışıram.
Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
IT sahəsini öyrənməyimdə Step IT Academy-nin rolu böyükdür. Təhsil müddəti çox maraqlı keçib və burada çox dost qazanmışam. Eləcə də, yeniliklərdən bir-birimizi xəbərdar edib. Görüşüb yeniliklər haqqında müzakirələr edirdik.
Niyə məhz Step It Academy?
Bu sahəyə başlarkən, fərqli bir yer axtarırdım. Dərs prossesi,peşəkar müəllim heyəti və sillabus qane edirdi.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Akademiya da təhsil alan tələbələrimizə demək istərdim ki, bir müddətlik əziyyət çəksinlər, oxusunlar onda istədiklərinə nail olacaqlar. Hal-hazırda təhsil alan tələbələrə uğurlar arzu edirəm!