STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Salam Hüseynəliyev

Azerbaijan Airlines: Web Designer

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

STEP IT Academy-də təhsil almamışdan öncə orta məktəbdə bir sıra rəsm müsabiqəsində iştirak edərək mükafatlandırılmışdım. Tam orta məktəbi bitirdikdən sonra STEP-də təhsil almaq qərarına gəldim.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?

Təhsil müddətində Autodesk 3ds Max, Maya və AutoCad proqramları üzrə beynəlxalq sertifikatlar əldə etmişəm.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Təhsil aldığım müddətdə bu işdən ilk gəlirimi yeni açılan kiçik bir geyim brendinin logo dizaynını düzəltməklə əldə etmişəm.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiniz?

Bəli... Hətta bir neçə dəfə. Bir sıra problemlər motivasiyadan düşməyimə səbəb olmuşdur. Lakin bu sahəyə həvisimin qarşısında problemlərin önəmsiz olduğunu dərk edərək öhdəsindən gəlmişəm.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Hər ikisi də vacibdir. İstedad və əzmkarlığı bir-birindən asılı kimi düşünün. Belə ki istedadın sayəsində yeniliklər ilə maraqlanırıq. Əzm sayəsində isə istedadımızın bir öncəki pillədən daha da yaxşı yerə gəlməsinə kömək edirik.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Mən hal-hazırda Azərbaycan hava yollarında Web dizayner olaraq çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Bəli dəyişib. Burada təhsil almamışdan öncə rəsm çəkməyə çox marağım var idi. Bu maraq sayəsində STEP IT Academy-də oxumaq qərarına gəldim.  Mən bura gəlməmişdən öncə kompüter qrafikası və dizayn haqda heç bir məlumata sahib deyildim. STEP IT Academy mənə dizayn sahəsi üzrə biliklər əldə etməyimə yardımçı oldu.

Niyə məhz STEP IT Academy? 

Çünki burada keyfiyyətli təhsil sistemi və professional müəllim heyyəti var. Bundan əlavə müəllimlərin dərsləri daha maraqlı və aydın keçməsi, qaranlıq qalan məqamlarda isə lazımi dəstəklərini görmək çox sevindiricidir.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Ən əsası heç vaxt həvəsdən düşməyin. Düzdür qarşınıza çətinliklər çıxacaq. Amma elə bu çətinliklər bu sənətin ən maraqlı hissəsidir. Bu çətinlikləri sizin öz işinizə nə qədər maraqlı olduğunuzu yoxlamaq üçün bir sınaq kimi düşünün. Həvəsiniz nə qədər güclü olsa bu çətinlikləri görməzdən gələcəksiniz.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti