STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Əliyev Taleh

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Şəbəkə və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsildən öncə XXİ ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində kompüter şəbəkəsi üzrə baş inzibatçı vəzifəsində çalışmışam. daha keçmişə getsək 2012-ci ildən IT sahəsində çalışıram.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?

STEP IT Academy-dən qabaq bütün bilikləri youtube və google vasitəsi ilə öyrənib işləyirdim. Lakin nəyin necə işləməyinin nəzəriyyəsini bilmirdim, sadəcə baxib edirdim və alınırdı. STEP IT Academy-yə gəlməkdə əsas məqsəd nəzəriyyəni öyrənmək idi və istəyimə nail oldum. Hal hazırkı biliklərim STEP -dən öncəki biliklərdən qat qat artıqdır.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Ümumilikdə IT sahəsində nəzərdə tutulursa 2012-ci ildə.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?

Motivasiya məsələsinə gəldikdə, əgər insan qarşısına konkret məqsəd qoyubsa, onu heçnə motivasiyadan sala bilməz. Əgər insan motivasiyadan düşürsə, demək məqsədə çatmaq istəyi güclü deyil və o səbəb axtarır.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Məncə hər bir sahədə olduğu kimi IT sahəsində də bunlardan biri olmasa heç bir nəaliyyət əldə etmək olmaz. İstedad və əzmkarlıq bir-birini tamamlayır. Əlbəttə bu mənim subyektiv fikrimdi.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Hal hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda baş mütəxəssis vəzifəsində çalışıram. əslində iş yerimi dəyişməyi çoxdan planlaşdırırdım. sadəcə özümü hazır saymırdım. STEP IT Academy sayəsində biliklərimi təkmilləşdirdim,  və bu addımı atdım.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Əlbəttə. işimdə, peşəmdə daha əminlik hiss edirəm.

Niyə məhz STEP IT Academy?

Expo Center-də təhsil sərgisində STEP IT Academy-yə yaxınlaşdım və Ağarəhim bəylə danışdım və məni maraqlandırdı. Seçimimdə peşman olmamışam. Çox sevinirəm ki, Bakıda belə təhsil müəssisəsi var.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Əgər IT sahəsində professional təhsil almaq istəyirsinizsə STEP IT Academy düzgün seçimdir. Müəllimlər hər biri öz sahəsində yüksək səviyyəli mütəxəssislərdir. Amma bu o demək deyilki bura yazıldınsa bu sahəyə yiyələnəcəksən. Uğurun 50%-i akademiyanın üzərinə düşür. Qalan 50% tələbənin özündən aslıdır. tələbə öz üzərində işləsə, mütləq uğur qazanacaq.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti