STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Vüqar Seyidli

SV Group: Interior and exterior designer, project manager

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Digital media interactive design (Natamam tehsil) USA. MO. St. Louis Community College

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

Dizayn studiyasında çalişmışam. 2009-cu ildən MasterGroup, Dekorline, şirkətlərində işləmişəm. 2018-ci ildən isə müstəqil işləyirəm. İnteryer və eksteryer dizayner və layihə rəhbəri.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

Bəli, 2009-cu ildən bu sahədəyəm və işim online olduğu ücün Azərbaycandan kənarda olanda belə bu sahədə çalışmışam. Həmçinin internet vasitəsilə xarici ölkələrdən sifarişlərim də olub: Rusiyadan,  Türkiyədən, hətta İndoneziyadan.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Təbii, hər bir insanda olduqu kimi mənim həyatımda da enişli-yoxuşlu hallar olub. Bundan əlavə məndən asılı olmayan səbəblər də olub ki, məni motivassiyadan salib. Cıxış yolu hər zaman bir yol olub -  o da sahəmə olan sevgi. İnşaat sektoru mənim cox sevdiyim sahə olduğu üçün bütün neqativ hallar, sevdiyim sahəyə motivasiyami azaltmayıb. İşdən yorulanda isə sadəcə səyahətə çıxıram xaricə, və ya ölkə daxilində.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Hər ikisi mənim üçün önəmlidir. Bunlar bir birini tamamlayır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Öz sahəmdə çalışıram və öz işimi idarə edirəm. SV group adı altında və onlayn.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

STEP IT Academy həyatımda müsbət iz buraxdı. Və bu iz məni daha da motivasiya etdi. STEP IT Academy mənə daha dinamik, daha çalışqan olmağıma və öz potensialima inam verdi. Buna görə STEP IT Academy təhsil müəssəsinə təşəkkürümü bildirirəm.

Niyə məhz STEP IT Academy?

Bu suala belə cavab verərdim. Ümumiyətlə interyer və eksteryer sahəsində keçmiş post sovet ölkələrinin içərisində Ukrayna dizaynerləri ilk pillədə dururlar. Və mən çox vaxt məhz Ukrayna dizaynerlərinin işlərinə baxaraq oyrənirdim və indi də Ukraina dizaynerlərini en yaxşılarından hesab edirəm. Biz dizaynerlərin bir çox onlayn resursları var və orada ən çox Ukraynadan olan dizaynerləri izləyirdim. Onların işləri mənə cox motivassiya verirdi. Biləndə ki, Azərbaycanda Ukraynaya aid bir təhsil müəssisəsinin filialı açılıb tərəddüd etmədən baş vurdum və heç də yanılmadım.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Əvvəla təhsil alan və almaq istəyən şəxslərə məsləhətim bu olar ki, seçmək istədiyiniz sahəni sevərək öyrənin və ondan sonra harda təhsil almağınızı düşünün. Mən sevərək oyrəndim və STEP IT Academy-ni seçdim. Hər kəsə uğurlar...

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat