STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Sabir Isaqov

Veysəloğlu QRUP: IT Support Specialist

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

STEP IT Academy-yə gəlməmişdən əvvəl məktəbi bitirib universitetə qəbul olmaq fikrim var idi. Kompüterə qarşı olan marağım isə belə yarandı: bütün günü oyun oynayırdım, turnirlərə qatılırdım, sırf əyləncə olsun deyə. Kompüterdə hər hansısa bir problem yarandıqda isə ustaya aparmaq əvəzinə özüm internetdən araşdırırdım ki, görüm bu nədi, necə işləyir, necə düzəldə bilərəm.. STEP IT Academy-də təhsilə başladıqda isə kifayət qədər komponentlər haqqında məlumatım var idi. STEP isə mənə yol göstərdi :)

Təhsil muddətində və ya sonra hansı nəaliyyətlər əldə etmisiniz ? 

Təhsil aldığım müddətdə öz praktiki biliyimi artırmaq üçün müxtəlif servislərə müraciət edirdim, sırf analitik düşüncəm artsın deyə. Indi həmin servisdə örgəndiklərimi Veysəloğlu şirkətində daha da təkmilləşdirirəm.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

Bu işdən ilk gəlirimi elə Akademiyada təhsilimi başladıqdan 7-8 ay sonra qazanmağa başlamışam. Nəzəri biliklərimə güvənirdim və həmin bilikləri prakitika etmək üçün müxtəlif servis mərkəzlərinə müraciət edirdim.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Disiplinli olmaq mənim üçün daha əhəmiyyətlidir. Disiplinli olan şəxs həmin işi görmək istəməsə belə xətdən kənara cıxmamaq üçun hər şeyi edir. Mənim üçün intizam motivasiyadan daha önəmli faktordur. 

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Məncə hər ikisi də vacibdir, çünki bu sahəyə bir anlıq həvəs ilə  gələnlər uzun müddət davam edə bilmirlər. Əzmkarlıq daha böyük faktordur, çünki hər an qarşına fərqli bir problem çıxa bilər və bunu həll etmək üçün əlindən gələni etməlisən.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Bəli işləyirəm. Veysəloğlu MMC şirkətində IT Support Specialist vəzifəsində çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Əlbəttə dəyişib. Belə deyim də, IT sahəsinə qarşı marağım yaranmasaydı bəlkə də Avto Servisdə çalışırdım :)

Niyə məhz STEP IT Academy? 

Mən Akademiya ilə 2018-ci ildə tanış olmuşam və səhv etmirəmsə həmin vaxt Azərbaycanda IT sahəsində təhsil verən müəssisələr o qədər də çox deyildi. Digər müəssisələr 6-8 ay aralıqında təhsil verirdilər. Nəyə görə STEP-dəki təhsilin 2 il 6 ay olduğunu araşdıranda isə  IT Essentials, CCNA, CCNA Security, Server, Linux hətta Cloud var idi. Bir sözlə IT arxitekturasının hər sahəsi haqqında məlumat verildiyini gördüm və seçimimi məhz bura verdim. 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Hər kəs motivasiya verici sözlər deyir, məqsədinizin arxasinca getməyinizi, biliyinizi artırmağınızı deyir. Bunlar öz yerində, amma mən onu deyə bilərəm ki ilk olaraq özünüzü kəşf edin, nəyi sevdiyinizi, nələrdən zövq aldığınızı tapın və ilk olaraq ozünüzü sevin. Gerisi özü gələcək.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti