Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?
STEP IT Academy-dən əvvəl özümü müxtəlif sahələrdə sınadım, lakin hər zaman yaradıcılığa meylli idim. Birinci təhsilim “fashion design” üzrə idi. Təhsilimlə paralel olaraq incəsənət, qrafik dizayn və əlbəttə ki, “fashion design” sahələrində davamlı olaraq kurslar keçirdim.
Təhsil alarkən bir neçə il jurnalist kimi, həmçinin "Nargiz" jurnalın bir necə buraxılışı üzərində işləmişəm. Sonra layihə idarəetməsi sahəsində özümü sınadım, lakin bu uzun çəkmədi və daha çox qrafik dizaynı öyrənməyə başladım. Beləliklə, bu ixtisas üzrə təhsil almağa qərar verdim. O zaman STEP IT Academy yeni açılmışdı.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Təhsil müddətində demək olar ki, hər şey menə maraqlı idi və bu səbəbdən hər mövzuda fərqlənmək və ən yaxşı nəticələr əldə etmək istəyirdim. Artıq 2-ci semestrda bir şirkətdə Qrafik Dizayner olaraq işə başlamışdım.
Daha sonra xarici bir şirkətdə Qrafik Dizayner kimi işə başladım və Kreativ Direktor vəzifəsinə qədər yüksəldim. Düşünürəm ki, bu Akademiyanın verdiyi bazadan düzgün istifadə edə bildiyimin göstəricisidir. Əlavə etmək istəyirəm ki, əgər bazanızı inkişaf etdirməsəz davamlı olaraq yeni şeylər öyrənməsəz ömür boyu bir yerdə qalacaqsız və hətda elinizdə olan bazanı itirə bilərsiniz!
Təhsilin son 2 kursunda “Movement Platform” adlı idman platformasının həmtəsisçisi oldum, və burada mənim video, reklam, veb sayt yaratma sahəsindəki biliklərimə də ehtiyac yarandı.
Belə bir hal olub ki motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?
Əminəm ki hamının həyatında motivasiyadan düşdüyü hallar olur. Amma başa düşürəm ki işlər özüləri həll olunmur. Buna görə əlavə ilham mənbələrini axtarıram. Düşünürəm ki, karantin dövrünü yaradıcı insanlar üçün parlaq bir nümunə kimi göstərmək olar. Elə bir an olmuşdur ki, hər şey o qədər pis idi ki, heç nə etmək istəmirdim. Belə anlarda nə xilas edir? Hər şeydən əvvəl, qohumların və dostların dəstəyi ilə yanaşı sevimli bir işin olmasıdır.
Mənim vəziyyətimdə bu “Movement Platform” idi, çünki karantin dövründə biz yeni onlayn marafona məhsulunu ərsəyə gətirdik. Yeni bir məhsulun vizuallaşdırılmasına ehtiyac duyulduğunu anlamaq artıq ilham verirdi! Təəssüf ki, motivasiyanı geri qaytarmaq və ya lazımlı anda motivasiya almaq üçün sehrli üsul yoxdur. Əgər belə bir üsul varsa belə, mən hələ onu kəşf etməmişəm.
Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?
Əgər özünüzü inkişaf etdirməyə qərar vermisiniz və uğur qazanmağı arzulayırsınızsa, əzimkarlıq mütləq sizə kömək edəcəkdir.
Əzimkarlığa hər yerdə ehtiyac var! İnanılmaz bir istedadla dünyaya gələ bilərsiniz və istedadınızdan istifadə etməyə bilərsiniz. Amma istedad yoxdursa onu inkişaf etdirə bilərsiniz! İstedad barədə razılaşmazdım, ancaq əzmsız mümkün deyil.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Hal hazırda yalnız Movement Platform layihəsi üzərində işləmirəm. Onunla bərabər yeni bir marafon üzərindədə işləyirik. Karantin dövründə daha çox incəsənətlə məşğul olmağa qərar verdim və nəhayət İnstagram-da incəsənət haqda bloq aparmağa başladım. Bundan əlavə, hazırda işlədiyim digər layihələr də var, lakin hələlik gizli qalsınlar.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Tələbələrə daha aktiv olmağı, Akademiyanın verdiyi hər bir şeyi sınamaq və öyrənmələrini arzulayıram. Əsas odur ki, tənbəllik etməyin, çünki müəllim sizin iştirakınız olmadan sadəcə başınıza bilik qoya bilməz! Çalışqan olun və heç vaxt “alinmir”, “istedadım yoxdur” və ya “nəyimə lazımdır” deməyin. Heç vaxt nəyin nə üçün lazımlı ola biləcəyini bilmirik!