STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Günay Həşimova

Express Bank:

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Adım Günay Həşimovadır. STEP IT Academy- də Java proqramlaşdırma üzrə təhsil almışam.

 

Bundan öncə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçəlik Akademiyasında təhsil almışam.

 

STEP IT Academy-də təhsil aldığım müddətdən cəmi 3 ay sonra AccessBank-da müsahibədən keçərək orada təcrübə proqrammına başladım. Orada 1 ay təcrübə keçəndən sonra, ExpressBank-da təcrübə proqrammına dəvət aldım. Hal hazırda ExpressBank-da Java Developer olaraq çalışıram. Və təbii ki doğma Akademiyada Kiçik Kompüter Akademiyasının müəllimi kimi də fəaliyyət göstərirəm. İlk gəlirimi elə təhsil aldığım müddət ərzində almışam. 

 

Bildiyiniz kimi hər kəsin həyatında olduğu kimi mənim də həyatımda elə anlar olur ki motivasıyadan düşürəm amma STEP IT Academy - dəki müəllimlərin sayəsində bunun öhdəsindən rahatlığla gəlirdim. Düşünürəm  ki peşəmdə həm əzimkarlıq həm də  motivasiya çox vacibdi. Çünki hər bir insan istədiyi hər şeyi əldə edə bilər. Yetər ki istəsin. Əzimkarlıq varsa uğur da olacaq! 

 

STEP IT Academy mənim həyatımı 180 dərəcə dəyişib. İstədiyim hər şeyi Akademiyanın sayəsində əldə  etmişəm.  lk  işimi, ilk qazancımı məhz STEP IT Academy sayəsində əldə etmişəm. STEP IT Academy- ni seçməyimdə ən böyük səbəb, burada təhsilin daha çox praktikaya əsaslanmasıdır.

 

Akademiyada təhsil alan bütün tələbələrə demək istərdim ki doğru yoldasınız. Həyatiniza rəng qatmaq istəyirsinizsə, özünüzü peşakar kimi yetişdirməq istəyirsinizsə doğru ünvandasız :)

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti