Mən Murad Əzizov 2 ilə yaxındır ki, STEP IT Academy-də Kompüter Qrafikası və Dizayn üzrə təhsili alıram. Ali təhsilim dizayndan fərqli olduğu üçün bu sahədə də təhsil almaq haqqında fikirləşirdim və STEP ilə tanış olduqdan sonra burada təhsil almaq qərarına gəldim.
Mən 2012-ci ildən dizaynla məşğul oluram, o dövrlərdə işlərim həvəskar olsa da, dizayner kimi fəaliyyət göstərirdim. 2013-cü ildən isə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) fondunun nəzdində “Füyuzat” jurnalının qrafik dizayneri olaraq işləməyə başladım.
STEP IT Academy-də ilk semestr bildiklərimi təkrar etməyə və bilmədiklərimi öyrənməyə yardımçı oldu. Bundan əlavə ilk semestrdə rəsmin əsasları və incəsənət tarixi dərsləri sonrakı dərslər üçün atılan böyük təməl oldu. Sonrakı semestr müddətində digər fənlərlə yanaşı Azərbaycanın görkəmli fotoqrafı Çingiz Səmədzadədən fotoçəkilişin sirlərini öyrəndik. Çəkdiyimiz fotolar kurs daxilində bugünə qədər sərgilənir. Qeyd edim ki, bu öyrəndiklərim sayəsində STEP IT Academy tələbələri arasında Azərbaycan Fotoqraflar Birliyinin ilk üzvü mən oldum.
Dizayndan ilk dəfə işlədiyim yerdən (“Füyuzat” jurnalından) maaş olaraq gəlir əldə etmişəm, bəzənsə freelancer olaraq da qazandığım olub. Həmçinin çəkdiyim fotoların satışından da pul qazanmışam. Hal-hazırda da MİMTA fondunda art direktor olaraq çalışıram. Fondun təsisçiliyi ilə çıxan “Füyuzat” jurnalının qrafik dizayneriyəm. Bununla yanaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Qrafik dizayn” təlimləri keçirəm.
STEP IT Academy-də dizayn sahəsinin mütəxəssisləri ilə tanış olmaq, onlardan bu sənətin sirlərini öyrənmək və dərslər bitdikdən sonra da yenə dost kimi münasibətdə olmağım mənə həm təhsil, həm də dostlar baxımından çox şey qazandırıb.
Mən dizayn üzrə biliklərimi artırmaq istəyirdim. Qarşımda bir neçə kurs, online dərslər və ya xaricdə təhsil var idi. Mənim üçün əyani dərs almaq daha rahat olduğundan və qurulan dərs sistemini bəyəndiyimdən buranı seçdim. STEP IT Academy-in verdiyi təhsil müddəti uzun idi və bu da məni düşündürürdü. Sonra isə qərar verdim, əgər keyfiyyətli təhsil istəyirəmsə, bunun üçün zaman ayırmaq şərtdir.
Təhsil alınacaq yeri seçərkən öncə orada “nə öyrədilir?”, “kimlər öyrədir?” və “necə öyrədir?” suallarına cavab tapmaq lazımdır. Ölkədə dizayn təhsili verən kurslar çoxdur, onlarda da savadlı müəllimlər çalışır. STEP IT Academy isə bizə bu təhsili daha genişsistemli və mütəxəssislər tərəfindən verir. Bu da axtardığımız sualların cavabıdır. Təhsil müddəti uzun olsa da, bu müddət bizim hər gün yeni şeylər öyrənməyimiz və öyrəndiyimizi tətbiq edib reallaşdırmağımıza sərf olunur. Bu isə fərdi inkişafımız üçün bizə lazım olan şeydir.
Bundan əlavə dərs deyən müəllimlər arasında Aybəniz Novruzova, Zöhrab Salamzadə, Emil İsmayılov, Toğrul Babayev, Çingiz Səmədzadə, Natiq Kamal və digərləri öz sahələrinin mütəxəssis insanlarıdır. Mən STEP IT Academy vasitəsi ilə bu insanlarla tanış olmuşam və çox şey öyrənmişəm. Onlar isə online dərslərdə və digər kurslarda deyil Step It-də dərs deyirlər...