STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Nicat Nəsirov

Socar Downstream Management: Software Engineer

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Bakalavr -(2016-2020) - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Kompüter elmləri (Fərqlənmə)

Magistr (2020-2022)- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Dövlət İnformasiya sistemləri təhlükəsizliyi (Fərqlənmə)

Doktorantura - (2022-2025) - Azərbaycan Texniki Universiteti - Xüsusi əməliyyatlar texnologiyası

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Bakalavr 3-cü kursdan başlayaraq part-time olaraq AtaTexnologiya MMC-də back-end developer olaraq çalışmışam.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?

STEP IT Academy -də Cisco şirkətinin  IT Essentials kursunu müvəffəqiyyətlə bitirib sertifikat almışam.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Əlbəttə. 2019-cu ildə part-time olaraq AtaTexnologiya MMC-də back-end developer vəzifəsində çalışmışam.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Çox. Mən 11 il 4-cü qrupa (həkimlik) hazırlaşıb, 11-ci sinifdə 1-ci qrupa sənədlərimi vermişəm. İlk vaxtlarda çox çətin idi. Amma çətini sevirəm. Ümumiyyətlə, uğura gedən yol heç vaxt asan olmur. Bu yol həmişə həmişə düz olmur. Bəzən hər şey çox rahat olur, bəzən də çox dibə düşürsən . Amma  önəmli olan inanmaqdır. Çünki insan istəsə hər şey mümkündür.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Düşünürəm ki, hər ikisi vacibdir. Amma bunlardan da daha vacib olanı inamdır. Daha sonra əzmkarlıq gəlir. Çünki özünə inanmasan, hər şey boşdur. Gecə gündüz oxusan da, çalışsan da faydası yoxdur. Əzmkarlıq isə önəmli faktordur. Nə qədər istedadlı olursan ol, əgər istedadını inkişaf etdirməsən, əzmlə çalışmasan bütün biliklərin hədər gedəcək. Heç vaxt həvəsdən düşmək lazım deyil. Ən güclü proqramistlər belə müəyyən səhvlərlə, nəyisə bilmədən, İT səhəsində heç bir məlumatı olmadan bu sahədə çalışmağa başlayıblar və uğurlu olublar.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Socar Downstream Management MMC-də İstehsalat texnologiyaları üzrə mühəndis (Software Engineer)

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Proqramlaşdırma sahəsindən olan insanlarla tanışlıq.

Sertifikatlaşdırma

Niyə məhz Step IT Academy?

Daha yaxşı təhsil almaq üçün.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Özünüzə güvənin, özünüzə inanın. Uğura gedən yol heç vaxt asan olmur. Gün ərzində özünüzə və təhsilinizə vaxt ayırın. İngilis dili biliklərinizi inkişaf etdirin. Risk almaqdan, bir neçə işi eyni vaxtda yerinə yetirməkdən çəkinməyin.

 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti