STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Sarıvəlli Nigar

SaNi Style

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Altı ay ərzində qazandığım biliklər sayəsində məqsədli şəkildə qərara gəldim ki, artıq ciddi şəkildə fəaliyyətə başlamağın vaxtıdır. Və SaNi adlı geyim markasını yaradıb, kiçik komanda ilə işə başladıq.

Salam,

 

Mən Sarıvəlli Nigar, hal-hazırda STEP IT Academy-də Kompüter qrafikası və Dizayn üzrə təhsil alıram. 

 

Təhsil almaq üçün heç bir zaman gec deyil, ancaq buna baxmayaraq həmişə təəssüflənəcəyəm ki, 6 il ərzində tamamilə başqa istiqamət üzrə təhsil almışam və çox böyük sevgi, maraq göstərdiyim dizayn sahəsinə cəmi bir ildir ki qatılmışam. Çox istəyərdim ki, daha əvvəldən dizayn sahəsinə qoşulum. Ancaq yenə də şadam ki, artıq qətiyyətli şəkildə istədiyim yol üzrə addımlayıram.

 

Universitet illərini bitirdikdən sonra "Bakı Avropa Oyunları Əməliyyat Komitəsi"də və "Azərbaycan İslam Həmrəyliyi Oyunları Komitəsi"də satınalma mütəxəssisi vəzifəsində çalışmışam. Artıq iki ildir ki, STEP IT Academy-də iqtisadçı vəzifəsində çalışıram.

 

Uzun illərdir ki, daha dəqiq desəm, 8 il olar ki, qadın geyimlərinin hazırlanması ilə məşğul oluram. Öz üzərimdəki geyimlərin əksəriyyəti mənə məxsusdur və ətrafımdakı insanlardan müsbət rəy almaq məni sevindirir və ruhlandırır.

 

 

STEP IT Academy-də təhsil almağa başladığım vaxtdan etibarən sevdiyim peşə ilə məşğul olmaq üçün özümdə əminlik və cəsarət hiss etdim. Məhz bunun nəticəsi olaraq 6 ay ərzində qazandığım biliklər sayəsində məqsədli şəkildə qərara gəldim ki, artıq ciddi şəkildə fəaliyyətə başlamağın vaxtıdır. Və SaNi adlı geyim markasını yaradıb, kiçik komanda ilə işə başladıq. Əlbəttə ki, bununla kifayətlənmirəm və təhsil müddəti boyunca biliklərimi daha da genişləndirib, dərinləşdirərək geyim sahəsində yenilik edib bir proyekt hazırlamaq fikrindəyəm. Əmin olun ki, Akademiyada o qədər istedadlı tələbələrimiz var ki, məhz buna görə də komandamız elə öz tələbələrimizdən ibarətdir. Və mən inanıram ki, komandamızdakıların sayı artacaq və daha böyük işlər görəcəyik.

 

 

Mən STEP IT Academy daxilində ola-ola anladım ki, nəyə görə məhz bura. Həm iş kollektivinin, həm də tələbə kollektivin içərisindəyəm və burdakı atmosfer elədir ki, loru dildə desək; "sən özünü öz qabında hiss edirsən".

 

Heç vaxt "gecdir", ya da "hələ tezdir" deməyin. Yolun başlanğıcında "Yarı yolda qalaram" deyə də fikirləşməyin. İnanın ki, öyrəndiklərinizin nəticəsində atdığınız addımlar başarılı olacaq.

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat