Salam mən Mircüneyd Dənziyev, STEP IT Academy-dən öncə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Komputer Elmləri üzrə təhsil almışam. STEP IT Academy-də Proqram Təminatının Yaradılması ixtisası üzrə təhsil almışam.
STEP IT Academy-də təhsil almaq fikri ilk dəfə ağlıma universitetin 2 ci kursunda oxuyarkən gəlmişdi. Təhsilimə başlamazdan öncə isə universitet üzərindən IT sahəsinin Proqram Təminatının Yaradılması bölməsinə aid olan bilikləri əldə etmək və bundan əlavə internet üzərindən proqramlaşdırma sahəsinə aid olan məlumatları əldə etməklə məşğul idim. O zamanlar hələ karyerama start verməmişdim.
Akademiyamızda təhsil aldığım müddətdə ilk 6 ayı parallel olaraq həm proqramlaşdırma həm də IT peşəsinə aid olan bilikləri əldə etdim. Bundan sonra isə məhs proqramlaşdırma sahəsini seçdiyimə görə bu sahədəki biliklərimi yenil’yib təkminləşdirdim. Amma STEP IT Academy mənə təkcə bilik vermədi. İlk öncə akademiyamızda keçirilən aktivlikləri qeyd etmək istərdim.
Ən yadda qalan aktivliklərdən birini Google Hash Code Hackathon hesab edirəm. Akademiyamızda və ölkə üzrə bu aktivitiyə qoşulanlar ilə yarışmaqdan başqa həmdə orada baş verən əyləncələr mənim yaddaşıma “hardcode” olaraq həkm olundu. Həmin müddətdə yeni biliklər, bacarıqlar və dostlar əldə etdim. STEP IT Academy-də təhsilimi bitirdikdən sonra isə əldə etdiyim nailiyətlər arasına proqramlaşdırma olimpiadalarında yer tutmağımı əlavə edə bilərəm.
İlk olimpiadaya qatıldığım zaman biliklərim o qədər də güclü olmadığına görə yer tuta bilmədim. Bu olimpiada 2018 ci ildə olmuşdu. Ali məktəb tələbələri arasında keçirilən olimpiada idi. Bu zaman mən STEP IT Academy-də ilk aylarım idi. Olimpiadada yer tutmamağıma baxmayaraq bu olimpiadadan gələcəkdə yer tutmaq üçün nədə zəif olduğumu dəqiqləşdirdim. 2 ci olimpiada 2019 ilə eyni əsasda keçirilmişdir. Bu səfər tam da olmasa həm qalib gəlib bir nailiyyət əldə etdim həm də artıq öz sahəmdə böyük addım atıb yeni biliklər qazandım
İlk dəfə əldə etdiyim gəlir STEP IT Academy-də oxumağa başladığımdan 1 il sonra oldu. Sonra isə bu gəlirimin bir neçə qatını əldə etməyə başladım. Hal hazırda Rabitə Bank ASC-də Web və Software developer kimi çalışıram.
Motivasiyadan düşdüyüm situasiyaların sayı çox olmasa da var. Bu situasiyaların əsas hissəsi peşəm üzrə əldə etdiyim məlumatları praktikada istifadə etməyə çalışdığım zaman olub. Akademiyamızda oxuduğum zaman bunun öhdəsindən mənə dərs deyən müəllimlərin köməyi ilə gəlirdim. Mən də bir çox insan kimi problemin həllini sakit beyin ilə həll etməyə çalışıram.
Mənim fikrimcə bu sahədə həm əzimkarlıq həmdə istedad vacibdir. Ancaq bu 2 bölmənin bir birinə olan asıllığı 1:2 yədir. Sənin istedadın ola bilər amma əzimkarlıq göstərməsən istedadını təstiqləyə bilməzsən. Hər bir şey öz yerində durmadığı kimi insanda öz biliklərini inkişaf etdirməlidir. Bunun yolu isə əzmkarlıqdan keçir
STEP IT Academy-dən öncə fikrim IT sahəsinə daxil olmaq idi. Amma bu sahədə hansı bölməni seçəcəyimi dəqiq bilmirdim. Akademiyamızda təhsil almağa başladıqdan sonra isə məhz Proqramm Təminatın Yaradılması bölməsini seçdim.
STEP IT Academy-də təhsil alan tələbələrə bir tövsiyəm var qarşınıza bir məqsəd qoyduğunuz zaman axıra qədər onun ardınca gedin. Məhz onda sizdə hər şey alınacaq!