Təhsildən öncə nə işlə məşqul olmusunuz?
Məhz uşaqlıqdan bu sahəyə marağımın olduğundan tam orta məktəbi bitirib STEP IT -də təhsil almağa başlamışam.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?
Təhsil aldığım müddətdə Cisco, Fortinet sertifikatları almışam. Gələcəkdə Microsoft və Linux sertifikatlarını almağı düşünürəm.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?
Bəli təbii ki, olub. Hətta o səviyyəyə gəlib ki öz sahəmi dəyişmək fikrinə belə düşmüşəm. Motivasiyadan düşməmə həm mənəvi həmdə fiziki amillər təsir edib. Motivasiyadan düşməmək üçün qarşınıza qoyduğunuz məqsədlərə baxmaq kifayətdir.
Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?
Məncə elə bir sahə yoxdur ki, istedad və əzmkarlıq lazım olmasın. Mənə görə bu peşədə əzmkarlıq daha böyük rol oynayır, təbii ki istedadın da olmalıdır ki çətin situasiyalarda bu vəziyyətdən çıxmağı bacarasan.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Hal Hazırda Azərbaycan Hava Yolları-n da IT Mühəndis olaraq çalışıram.
STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Əlbəttə dəyişib. STEP IT Academy ilk növbədə mənə IT sahəsi üzrə biliklər əldə etməyimə yardımçı olub. Ona görə başda bütün müəllimlərim və akademiyanın digər kollektivi olmaqla hər kəsə təşəkkür edirəm.
Niyə məhz STEP IT Academy?
Çünki STEP IT Academy kurs deyil burda peşəkar müəllim kollektivi və keyfiyyətli təhsil sistemi var. Müəllimlər uşaqların problemləri ilə yaxından tanış olurlar lazım olan dəstəyi göstərirlər.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Motivasiyadan düşməyin. Qarşınıza məqsəd qoyub ona doğru gedin. Müəllimlərin məsləhətlərinə qulaq asıb əməl edin. Sizdə hər şey alınacaq :)