STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Tural Mustafayev

Ateshgah Insurance:

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız? 

 

Akademiyada təhsil almadan öncə, Bakı İdarəetmə və Texnologiya kollecində təhsil alırdım. STEP IT Academy də Proqram Təminatının Yaradılması üzrə təhsil almışam. 

 

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

 

Təhsildən öncə işsiz idim. Bu sahə üzrə bakalavr təhsili almağı planlaşdırırdım, amma biraz araşdırmadan sonra və STEP IT Academy-nin tədris proqramı ilə tanış olduqdan sonra qərar verdim ki burada təhsil alım.

 

Təhsil muddətində və ya sonra hansı nəailiyyətlər əldə etmisiniz ? 

 

Təhsil müddətində ilk nailiyətim “Cisco IT Essentials” sertifikatı almaq oldu. Daha sonra isə müəyyən iş təklifləri almağa başladım: istər yerli, istər xarici şirkətlərdən. Eyni zamanda təhsil aldığım vaxt kiçik freelance işlər də görürdüm.

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

 

Bu işdən ilk gəlirim 2019 cu ildə, STEP IT Academy-də 1 il təhsil aldıqdan sonra olub, freelance bir layihədə iş təklifi almışdım. 

 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?

 

Təbii ki, hamımızın motivasiyadan düşdüyü vaxtları olur, amma məqsədyönlü şəkildə, inamla və qətiyyətlə davam etmək uğura aparan yolun sirridir. Motivasiyadan düşsəm belə, qarşıma qoyduğum məqsəddən heç vaxt vaz keçmədim. Öz istirahətimə və sevdiyim işlərə vaxt ayıraraq motivasiyamı bərpa edib, yenidən qarşıma qoyduğum məqsəd yolunda irəlilədim.

 

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

 

Fikrimcə, bu sahədə hər ikisi də vacibdir amma, əzmkarlıq istedadı müəyyən qədər keçə bilir. İşin sirri çox çalışmaqdır və daim öz üzərində işləməkdir. Təhsil nə qədər yaxşı olsa belə, onunla kifayətlənmək olmaz.

 

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

 

Hal hazırda Ateshgah Sigorta şirkətində proqram təminatçısı vəzifəsində çalışıram. Eyni zamanda part-time olaraq da bir layihə üzərində işləyirəm.

 

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

 

STEP IT Academy həyatımı dəyişib deməzdim lakin, bu sahəyə olan inamımı daha da artırıb.

 

Niyə məhz STEP IT Academy? 

 

Mənə elə gəlir ki, ölkəmizdə proqramlaşdırma üzrə ixtisaslaşa biləcəyimiz ən yaxşı tədris mərkəzlərindən biridir.

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

 

Məqsədinizə gedən yolda qarşılaşdığınız çətinliklər sizi ruhdan salmasın. Kömək istəməkdən çəkinməyin və öyrəndiklərinizi başqalarına da izah etməyə çalışın. Bu ən yaxşı öyrənmək üsullarından biridir, məncə.

 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti