STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Nadirova Mehin

Freelancer:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Nadirova Mehin Mehdi qızı, STEP IT Academy-nin Kompüter Qrafikası və Dizayn ixtisasının tələbəsiyəm. 

 

Məktəb vaxtlarından dizayn sahəsi ilə maraqlanırdım. Lakin 2016-cı ildə universitetə qəbul olduğum üçün dizayn xəyallarım yox olmuşdu.

 

Məlum məsələdir ki Azərbaycanda yaşayırıq və ailələrimiz hamımızın yaxşılığını, normal təhsil alıb, normal işdə işləməyimizi istəyir. Çünki mühasibatlıq oxumağımı istəyən ailəm vardı. Onları düşünərək öz xəyallarımdan imtina etmişdim. Amma universitetdə oxumağım 1 il çəkdi. 2-ci kurs başlayanda bacarmadığımı görüb və universitetin mənə heçnə qazandırmadığını görüb təhsilimi yarıda buraxdım. Başladım bütün günü kompyuterdə YouTube dərsliklər izləməyə, dizaynla bağlı maraqlı materiallar araşdırıb, tapıb öyrənməyə, sonra isə bu sahədə inkşaf etməyə, təhsil almağa qərar verdim. İlk zamanlar ailəm dəstək olmasada, daha sonralar dizayn sahəsinin peşə və rəssamlıq olmadığını anladılar.


STEP IT Academy-yə başladıqdan sonra qrafik dizayn sahəsi üzrə peşəkar olmağı qarşıma məqsəd qoydum. Düzü başlamamışdan 2-3 il əvvəl də photoshop-a marağım olduğundan baza biliklərim var idi.   

 

STEP IT Academy-də oxumağa başladıqdan 1 il sonra ilk dəfə bir şirkətdə təcrübəçi kimi işləməyə başladım. Daha sonra zamanla inkşaf etdim. Həmişə bacardığım qədər müəllimlərin verdiyindən artığını öyrənməyə çalışırdım. Nəticə olaraq oxuduğum müddətdə özümə yaxşı portfolio, CV və təcrübə topladım.

 

Reklam şirkətlərində işlədim, daha sonra Udemy-dən sertifikatlar aldım. Son olaraq Mədəniyyət Nazirliyində işləməyə başladım və UNESCO üçün jurnal hazırladım və bu demək olarki mənim ilk jurnal işim oldu. Jurnal çox uğurlu alındı və işim mükafatlandırıldı. Bu mənim qazandığım ilk uğurum idi.

 

STEP IT Academy mənim həyatımda böyük dəyişikliklərə səbəb olub. Ən əsas bu peşəni daha çox mənə Toğrul və Natiq müəllim sevdirməyi bacarıb.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti