STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Elvin Xudiyev

Innovation Agency Azerbaijan:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

Orta məktəbi bitirib hər hansı universitetdə IT üzrə təhsil almağı planlaşdırırdım, lakin STEP IT haqqında eşitdim və buranı seçdim.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz? 

Demək olar ki IT biliklərimin boyük bir hissəsinə Akademiyada yiyələnmişəm, bu biliklər nəticəsində fərqli şirkətlərdə IT mütəxəssis kimi çalışmışam.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

Gəlir əldə edirəm, Akademiyada təhsil almağa başlayandan artıq 6 ay sonra işləməyə başladım.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Belə hallar olur və bu təbiidir, amma məqsədə çatmaq və hər hansı nailliyyəti əldə etmək üçün bu cür halların öhdəsindən gəlmək mütləqdir.

Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?

Düşünürəm ki nəinki IT-də, bir çox sahələrdə istedad və əzmkarlıq olmalıdır, və ən əsas həmin sahəyə olan maraq və istək nə qədər böyük olsa daha da çox inkişaf edə bilərik.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Hazırda,  Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində IT mütəxəssis kimi çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Belə deyə bilərəm ki STEP IT Academy, karyeramın əsas başlanğıc nöqtəsidir.

Niyə məhz STEP IT Academy? 

Düşünürəm ki ölkədə IT sahəsi üzrə daha kefiyyətli və şəffaf dərs verən belə bir yer yoxdur.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Daim hədəflərinizə çatmağı düşünün, dərslərdən əlavə  araşdırmalar və s. praktik tapşırıqlar edin ki tam olaraq bu sahəyə yiyələnəsiniz. 

Hamıya uğurlar arzu edirəm. Bütün müəllimlərimə və STEP IT Academy heyətinə təşəkkür edirəm ki biz tələbələrin daha yaxşı oxuyub mütəxəssis olmağı üçün əllərindən gələni əsirgəmirlər.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti