Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?
Salam. Mən İsmayılova Jalə, 21 yaşım var və STEP IT Academy-nin Front-End ixtisası üzrə təhsil almışam.
Təhsildən öncə nə işlə məşğul olmusunuz?
Step IT Academy-dən öncə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat ixtisası üzrə təhsil almışam. Akademiyanı iqtisadiyyat ixtisası üzrə fərqlənmə ilə bitirməyimə baxmayaraq IT sahəsinə çox marağım var idi. İlk öncə Akademiyada mövcud olan “IT Club”-a qatılaraq C++ proqramlaşdırma dilini uğurla bitirdim. Daha sonra (2-ci kursda) tanışlarımın məsləhətini dinləyib Step IT Academy-də Front-End üzrə təhsil almağa başladım. Step IT Academy ilə tanış olduqdan sonra artıq gələcək karyeramı IT sahəsində görürdüm.
Təhsil müddətində və ya sonra hansı nailiyyətlər əldə etmisiniz ?
Step IT Academy-nin məzunu olduqdan sonra (4-cü kursda) biliklərimi iş mühitində tətbiq etmək üçün təcrübə proqramları axtarmağa başladım.
LinkedIn-dən Azər Türk Bankda Front-End üzrə təcrübə proqramının olduğunu gördüm. Eyni zamanda magistr pilləsi üzrə Bakı Ali Neft Məktəbinin “Biznesin İdarə Olunması” (MBA) ixtisasına qəbul oldum.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
6 ay təcrübə proqramı keçdikdən sonra Azər Türk Bankın baş ofisində Front- End developer vəzifəsinə qəbul oldum.
Belə bir hal olub ki ,siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsindən necə gəlmisiz?
Düşünürəm ki, IT ilə əlaqəli bir sahədə çalışan hər bir insanın motivasiyadan düşdüyü anlar olur. Buna görə də həmişə bilməlisiniz ki, sizə kömək etməyə və dəstəkləməyə hazır olan bir çox insan var və siz bu yolda tək deyilsiniz. Ruhdan düşən zaman mühitinizi dəyişə bilərsiniz, məsələn, açıq havada, kafedə və ya kitabxanada işləyə bilərsiniz. Mən şəxsən motivasiyadan düşdüyüm zaman fikrimi başqa yerə yönəldib fərqli şeylərlə məşğul olmağa çalışıram. Məsələn, bu haqda fərqli texnikalar oxuya bilərsiniz. Mənim üçün ən effektiv texnikalardan biri “Pomodoro” texnikasıdır, və bu texnika 4 step-dən ibarətdir. 1) Bir task seçin 2) Taymeri 25 dəqiqə təyin edin 3) Taymerin səsi eşidilənə qədər tapşırıq üzərində işləyin 4) Bu dövrü 4 dəfə təkrarlayın və 4 seansdan sonra daha uzun bir fasilə verin. Əgər hələ də işə başlamaq üçün kifayət qədər motivasiyanız yoxdursa, bəlkə də sizin bir az fasiləyə ehtiyacınız var. ‘If something breaks take a break’ – prinsipinə müraciət edib bir az ara verməyinizin pozitiv effekti ola biləcəyini düşünürəm.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
Məncə, hər bir işdə əzimkarlığın olması çox böyük rol oynayır. Düzdür,istedadınızın olmağı əlbətdə bir üstünlükdür. Lakin, əgər doğurdan da iş
prosesindən zövq alıb, hədəfinizə çatmaq üçün əlinizdən gələni edirsinizsə istedadınızın olması bir o qədər də vacib deyil. İstedadınızın olması sadəcə sizin yolunuzu daha aydın edib, hansı sahədə uğur qazana biləcəyinizi göstərir. Amma əsas həvəsiniz, arzunuz və əzimkarlığınızın olub, gördüyünüz işdən həzz almanızdır.
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?
Hal-hazırda Azər Türk Bankın baş ofisində Front-End developer vəzifəsində işləyirəm.Həmçinin eyni zamanda Bakı Ali Neft Məktəbinin magistr pilləsi üzrə təhsilimi davam etdirirəm.
Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Step IT Academy karyeramı qurmağım üçün ilk addımları necə atmağımı və IT sahəsində uğur qazanmaq üçün necə irəliləməyimin lazım olduğunu mənə öyrətdi.
Niyə məhz Step It Academy?
Daha öncə qeyd etdiyim kimi Akademiyanın 2-ci kursunda IT sahəsinə çox marağım var idi və gələcəyimi artıq sırf bu istiqamətdə görürdüm və məqsədimi yerinə yetirmək üçün fərqli kurslarla maraqlanırdım. Tanışlarımdan məsləhət alan zaman məhz STEP IT Academy-də yüksək təhsil sisteminin olduğunu öyrəndim. Bir qədər də özüm araşdırandan sonra həqiqətən STEP IT Academy- ni seçməyimin doğru qərar olacağına əmin oldum.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə
demək istərdiniz?
Təhsil alan tələbələrə bol uğur, motivasiya və səbr arzu edirəm. Böyük hədəflərə çatmağın əsas açarı kiçik əldə edilə bilən hədəfləri qarşıya məqsəd qoyaraq step-by-step irəliləməkdir. Bu isə bir az zaman və səbr tələb edəcək. Əgər doğurdan da işinizi sevib, IT sahəsində irəliləmək arzunuz varsa hər şeyin öhtəsindən gələ bilərsiniz. Mənə bu yolda dəstək olan müəllimimin çox gözəl məsləhətini qeyd etmək istəyərdim. Hər zaman deyirdi ki,problemin yaranmasına pozitiv bir şey kimi baxmaq lazımdır, çünki problemlərin yaranması sizi daha da güclü və təcrübəli edəcəkdir. Çətinliklər yarandığı halda kömək istəməkdən çəkinməyin, yardım istədiyiniz insanın da sizdən yeni biliklər alacağından əminəm. Güc bilikdədir və buna görə də biliyimizi bölüşən zaman daha da güclənirik. Nailiyyətləriniz və motivasiyanızın bol olmasını arzu edirəm!