STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

Samir Osmanov

Exadel / JetSoftPro

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız? 

STEP IT Academy-ni tanıyana kimi inşaat kollecində oxuyurdum. Akademiyada təhsilə başlayandan sonra artıq bir daha ora getmədim.

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Ofisiant köməkçisi olaraq işləyirdim. Akademiyada təhsilə davam edərkən ödəmələri qarşılamaq üçün paralel şəkildə bu işlə məşğul idim.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?

Təhsil dönəmimin başlamasından 1 il 6 ay sonra Akademiyada müəllimim olan İsmayıl Hüseynlidən yerli şirkətdə işləməyimlə bağlı təklif gəldi. Mənə də dəyərləndirmək düşürdü. 🙂 Orda işə başlayandan sonra Amerikada yerləşən Emgage adlı şirkətdən remote iş təklifi aldım. Daha sonra JetSoftPro, AltexSoft adlı Ukrayna şirkətlərində karyeramı davam etdim. 1 il 6 ay ərzində 4 şirkət, 5 real lahiyə üzərində işləmək şanslarım oldu. Bir neçə həftə öncə isə Exadel şirkətində Senior Software Engineer pozisiyasında işə başladım. Hazırda 2 xarici şirkətlə paralel çalışıram.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

2020-ci il iyulun 8-i professional olaraq ilk işə başladığım gün olub. 2020-ci ilin iyunun sonunda artıq ilk gəlirimi əldə etmişdim.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiniz?

Motivasiyadan düşdüyüm anlar olub, təbii ki. Akademiyada təhsilimin ilk ayları idi. Öyrənməkdə çətinlik çəkirdim. Öyrənməkdən başqa isə yol yox idi. Çox vaxt Akademiyada keçirilənlərdən əlavə özüm də səhərə qədər əlavə kurslara baxırdım biliklərimi möhkəmləndirmək, yenilərini əldə etmək üçün. Düşünürəm ki, ən vacib olanı bu işi öyrənməyə zaman ayırmaqdır. Ciddi şəkildə davam edilsə öyrənilə bilməyəcək şey yoxdur deyə düşünürəm.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

İstedadı qazanmaq və ya daha da inkişaf etdirmək üçün əzmkarlıq lazımdır düşünürəm.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Hal hazırda Exadel və JetSoftPro şirkətlərində Senior Software Developer kimi karyeramı davam elətdirirəm. Paralel idarə etmək çətin gəlir amma işimi sevirəm 🙂

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Hal hazırda 2 il öncə xəyalında olduğum karyeraya sahibəm. STEP IT Academy-nin biliklərimə yiyələnməkdə, bu sahə ilə əlaqəli insanlarla kommunikasiya qurmamda çox böyük yeri olub.

Niyə məhz STEP IT Academy? 

Fərqli müəllimlər, eyni sahəyə fokuslanmış tələbələr. Məncə “community” də insanın fikirlərinin, biliklərinin formalaşmasında böyük kömək olur. Düşünürəm ki, STEP IT Academy bunu bizə verir.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Ən önəmlisi motivasiyalarını daim yüksək tutsunlar və lazımi zamanı ayırsınlar. Düşünürəm ki, öyrənilməsinə zaman ayırmadan arzusunda olduğumuz karyeraya sahiblənmək çox qəliz görünür. Proqramçı üçün öyrənmək heç vaxt bitmir. Heç kim hər şeyi bilmir. Lazım olanı bilmək və onu təkmilləşdirmək ən önəmlisidir. Həqiqətən bu sahədə karyera qazanmaq istəyənlərə demək istədiyim - bu sahədə ayırdığınız hər saat sizə artıqlaması ilə pul şəklində geri qayıdacaq. The more you learn, the more you gain 🙂

Geri zəng sifariş etmək
Bootcamp 22%
Yeni 2022-ci il ilə əlaqədar bütün Boocamp-lara 22% endirim. Yazılmağa tələs!

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat