STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Kərim Rzabəyli

Bank Respublika: System administrator

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdim və həmin il Muhasibat uçotu ixtisası üzrə maqistaturaya qəbul oldum. Dövlət sifarişli əsasında qəbul olduğuma görə, universitetə ayırılmış vəsaitin köməyi ilə STEP IT Akademiyasında təhsilə başladım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ? 

Akademiyada kompüter komponentləri, şəbəkə avadanlığı və şəbəkə kabelləri ilə işləmək üçün əsas bacarıqlar əldə etmişəm. Bu bilgilər gələcəkdə ilk rəsmi iş yerimə qəbul olmaqda böyük rol oynadı.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

Bəli, artıq 4 ilə yaxındır ki IT sahəsi mənim üçün əsas gəlir mənbəyidir.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Bəli, məncə hər kəsin bu vəziyyətlə rastlaşması normaldır. Əsas odur ki işlədiyin şirkətdə rəhbərlik və həmkarlar səni demotivasiya etməsinlər. Əks halda iş yerini dəyişmək vaxtıdır.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

İxtisası üzrə irəlləmək istəyən hər bir insan üçün əzmkarlıq, sözsüz ki, vacibdir. Amma  gördüyün işə həvəslə yanaşmaq və çətinliklər qarşısında səbrli olmaq mütləqdir.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Hal-hazırda mən Bank Respublika-nın İnformasiya Texnologiyalar Departamenti daxilində Sistem İnzibatçısı vəzifəsində çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Əlbəttə, STEP IT Academy ixtisas dəyişimində mənə köməklik göstərib. Qrup yoldaşlarımızla hələ də əlaqə saxlayırıq. Müəllimlərimizə isə - Əhməd İbrahimov (proqramlaşdırma) və Rövşən Ağayev (CCNA) - xüsusi təşəkkürümü bildirirəm!

Niyə məhz STEP IT Academy?

Nəzəri-praktiki biliklər əldə etmək və karyera başlanğıcı üçün doğru seçimdir.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Vaxtınızı səmərəli sərf etməyə çalışın. Nə qədər tez başlasaz o qədər də tez uğur qazanacaqsız. Şəxsi və karyera inkişafında hamıya uğurlar diləyirəm!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti