STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Orxan Rəsulov

Azersun Holding:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Mən, Orxan Rəsulov Anadolu universtetində menecment ixtisası üzrə təhsil almışam. STEP IT Academy-dəki təhsilimdən öncə ailə biznesimizlə məşğul olmuşam. Akademiyaya qəbul olduqdan sonra təhsil müddətində təklif edilən sertifikatları əldə etmişdim.

 

IT sahəsi üzrə ilk gəlirimi Akademiyada təhsilimin 7-ci ayında əldə etmişdim. O zaman Cybrnet LLC şirkətinə təcrübəçi olaraq qəbul oldum və 130 AZN əmək haqqı alırdım. İlk iş yerimdə müqaviləm bitti və mən işdən ayrıldım. Akademiyadakı digər qrup yoldaşlarımın bu sahə üzrə qazandığı nailiyyətləri və akademiyanın bizə göstərdiyi fərdi qayğı sayəsində motivasiyam bərpa oldu.

 

Hal hazırda Azərsun Holdinqdə IT mütəxəssis olaraq çalışıram. Bu yaxınlarda isə Azintelekom şirkətinə NOC mühəndis olaraq işə qəbul olmuşam yaxın zamanda həmin qurum ilə əmək müqaviləsi imzalayacam.

 

Bu peşə və ya digər peşələrdə əgər istedadın varsa bir addım qabaqdasan, mənim fikrimcə. Lakin tək istedadla hər şey həll olunmur: insan məqsədyönlü hərəkət etməlidir ve məqsədinə çatmaq üçün əzmkar olmalıdır.


Mən bu peşə üzrə qazandığım naliyyətlərin hamısını STEP IT Academy-də aldığım təhsilə borcluyam. Təbii ki, öz çalışqanlığımın da burada rolu var. STEP IT Academy-dəki savadlı müəllimlərin mənə göstərdiyi doğru yol, məndə çalışmaq həvəsi yaradıb. STEP IT Academy-nin təklif etdiyi sertifikatlar, təhsil növü və ən əsası partnyor şirkətlərlə əlaqələri Akademiyanı seçməkdə böyük rol oynadı. Akademiyanın tədris etdiyi təhsil proqramı müasir iş prinsipinə uyğundur. Təbii ki tələbədə çalışqan olmalıdır.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti