STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Nərmin Qəmbərli

Freelancer:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

İçində başlanğıc etdiyin hər an dəyərli bir andır. Nə tez, nə də gec. Yaşadığımız həyatı dəyişdirmək istəyiriksə və buna hazırıqsa, heç zaman gec deyil. Təki bu istəklə yola çıxaq. 

 

Mən Qəmbərli Nərmin STEP IT Academy də 2 ilə yaxındır ki, Kompüter Qrafikası və Dizayn üzrə təhsil alıram. Uğur hekayəmi yazmaq haqqında çox düşündüm. Ancaq hələ tez olduğuna qərar verdim. Amma sonra fikirləşdim ki, mənim üçün tez, başqaları üçün gec ola bilər. Bəlkə mənim uğur hekayəm başqa insanlara yeni başlanğıcları üçün bir addım olacaq?.

 

Uşaqlıqdan rəsmə, incəsənətə, fotoqrafiyaya böyük həvəsim vardı. Nə zaman bir boşluğa düşsəm, məni bu 3 şey çıxarardı o boşluqdan. Ailəmin mənim üçün yazdığı ssenarinin baş qəhrəmanı idim:). 2il müddətində 2ci qrupa - Mühasibat uçotu və audit fakültəsinə qəbul olmaq üçün hazırlaşdım. 2 il qaranlıq bir yolun yolçusu olmuşdum. Və gec də olsa başqalarının səs-küyünə yox, qəlbimin pıçıltısına qulaq verib öz hekayəmi yazmağa başladım və STEP IT Akademiyasına qəbul oldum. Burda oxumaq mənə yeni bir "Mən" bağışladı. Özümü tapmaqda mənə kömək etdi. Bu gün sizlərə fikrimi izah edib, bu kəlmələri deyə bilirəmsə, bunda STEP IT-nin rolu əvəzsizdir. Artıq xəyallarımı yaşayacağım ikinci bir həyat bağışlamışdı STEP IT mənə.

 

17 yaşımda biri - birindən dəyərli müəllimləri özündə cəmləşdirən  müəllim kollektivi ilə tanış oldum : Toğrul Babayev, Zöhrab Salamzadə, Aybəniz Novruzova. Sonradan Natiq Kamal, Gülnar Cəbrayılova, Çingiz Səmədzadə. Onların hər birindən qiymətli məlumatlar və dəyərli üsullar öyrəndim. Tam 3ay sonra ilk məvacibimi qazandım. Və indi freelancer olaraq işlər götürürəm, foto müsabiqələrdə, rəsm sərgilərində iştirak edib yeni uğurlara imza atıram. Ağlımda canlandırdığım səhnəni rahatlıqla digitala köçürə bilirəm. 

 

Burada “Mən səndən çox bilirəm”  eqosu ilə yaşayan insanlar yoxdur. Hegemonluq edən insanlar yoxdur. İşinin peşəkarı olan insanlar belə səninlə doğması kimi rəftar edir. Baxın elə buna görə STEP IT Academy.

 

Diqqət, sevgi, qayğı, hörmət və dəyər önəmli şeylərdir həyatda. Əgər olduğunuz yer sizə bunları verirsə demək ki düzgün qərar vermişiniz. 

Təşəkkürlər STEP IT Academy !

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti