STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Kamran Niftəliyev

Abasoft:

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

İdmanla məşqul olurdum və aldığım zədə nəticəsində, idmandan uzaqlaşıb IT sahəsinə gəldim.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?

Təhsil aldığım müddətdə, öyrəndiklərim sayəsində öz layihələrimi gerçəkləşdirməyə başladım, və bu sahədə iş tapmağa nail oldum.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Freelance olaraq qazanmışam. Web-sayt hazırlayaraq hal hazırda Abasoft şirkətində işləyirəm və stabil olaraq nəvacib alıram.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsünüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiniz?

Bəli. Hər bir sahədə olduğu kimi çətinlik olduğunda, bəzi hallarda insan motivasiyadan düşür. Qarşıma qoyduğum məqsədlə və bu sahəyə olan maraqla özümü tez toparlamağa və həvəslə davam etməyə çalışmışam.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Bu peşədə daha çox əzmkarlığ vacibdir. Elə bir sahə yoxdur ki əzimkarlıq ola nailiyət olmaya. Əzmkar olmaq bizi uğurlu və nailiyətli olmağa gətirib çıxarrır, və zamanla görürik ki bizim özümüzün də bilmədiyimiz istedadlarımız ortaya çıxır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Abasoft şirkətində Back end (ASP.NET Developer) olaraq çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Bəli dəyişib. STEP IT Academy mənə təkcə təhsil deyil, necə inkişaf və necə uğur qazanmağın sirlərini verib. Bundan öncəki sahəm idman olduğundan və davam edə bilmədiyimdən inanmırdım ki hansısa bir sahəyə adaptasiya olaram. Lakin STEP IT Academy bu fikrimin yanlış olduğunu mənə göstərdi və mən bunun üçün STEP IT Academy və onun kollektivinə təşəkkürümü bildirirəm

Niyə məhz STEP IT Academy?

Uzun müddət araşdırdıqdan sonra, STEP IT Academy-nin doğru seçim olduğunu anladım. Çox sevinirəm ki fikrimdə yanılmamışam. STEP IT Academy sayəsində vaxt itirmədən iş tapmağa nail oldum və bu da düzgün istiqamətdə olduğumu bildirir

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Əzmkar olsunlar. IT sahəsində uğur qazanmağın sirri , bu sənəti ilk öncə sevmək, və əzmkar olmaqdır.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti