STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Elvin Abdurzayev

Azercosmos:

İstiqamət üzrə məzun:

Adim Elvin Abdurzayevdir. Mən Kompüter Qrafikası və Dizayn ixtisası üzrə STEP IT Academy-nin tələbəsiyəm.

 

Mən yerli restoranların birində barista işləyirdim: kofeli içkilər və kokteyllər hazırlayırdım. Akademiyada oxuduğum müddətdə "Nonstop Mammas" facebook səhifəsi üçün elan olunmuş logo müsabiqəsində qalib oldum.

 

Çingiz müəllimin keçirdiyi fotoqrafiya dərsləri sayəsində Azərbaycan Fotoqraflar Birliyinə üzv oldum, təhsilimlə bərabər iki qrafik və veb dizayn vəzifələrində eyni zamanda iki işə düzəldim. "3ds max" və "Autocad" üzrə Autodesk-in beynəlxalq sertifikatlarını aldım.

 

Akademiyada 6 aylıq təhsildən sonra qrafik dizayner kimi işə başladım. Dizayndan  ilk gəlirimi elə həmin zaman aldım. Hal hazırda Azərkosmosda veb dizayner və SMM dizayneri kimi işləyirəm, əlavə sərbəst sifarişlər də alıram. Boş vaxtlarımda hobbi kimi fotoqrafiya ilə məşğulam.

 

STEP IT Academy mənə sevdiyim işi görərək pul qazanmaq və karyera qurmaq üçün imkan yaratdı.

 

STEP-ə qoşulmazdan əvvəl onu digər dizayn kursları ilə müqayisə etdim. Bu seçimə tələbələrin çoxlu müsbət rəyləri və daha geniş tədris proqramını gördükdən sonra gəldim. Burada həm müəllimlər arasında, həm də tələbələr arasında çox gözəl insanlarla tanış oldum.

 

Tələbələrə məqsədlərinə çatmağı və öz sahələrində ən yaxşı olmalarını arzulayıram. STEP IT Academy cəmi ilk addımdır, bundan sonra hələ uzun bir yol var.


 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti