Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?
Şəbəkə Mühəndisliyi və kibertəhlükəsizlik ixtisasını bitirmişəm. Akademiyanın ilk çağırışının tələbələrindən biri idim.
Təhsildən öncə nə işlə məşqul olmusunuz?
STEP IT Academy-yə gəlməmişdən öncə sadəcə məktəbdə təhsil alıb və universitetə qəbul olmaq fikirində idim. STEP IT Academy-yə başlamazdan öncə komputer anlayışım çox az idi və sadəcə proqram yükləməyi və nəzəri olaraq, videolardan öyrəndiyim, kompüter hissələri necə yığılır kimi biliklərim vardı. Sonra isə universitet qəbul olundum.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Təhsil muddətində təcrübəçi kimi işləyirdim. Bitirəndən sonra ilk olaraq IT mütəxəssis kimi işə başladım və sonra isə əsas istədiyim iş olan Linux Administratorluq üzrə kibrit.tech şirkətində çalışmağa başladım. İlk ciddi şəkildə gəlirim Akademiya bitəndən həmən sonra olub.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun öhdəsindən necə gəlmisiz?
Olub təbii ki. Mən üstəsindən inadkarliqla keçmişəm və biraz istirahət ilə.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
Əslində hər ikisi lazımdır. Bundan əlavə olaraq da məqsəd önəm daşıyır.
STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Əlbəttə. Step IT Academy mənə bir çox bilikləri qazanmağıma, IT mühitinə düşməyimə və əsasda sosial həyatıma və inkişafıma kömək olub.
STEP IT Academy mənə hər şeydən qabaq necə ünsiyyət qurulur onu öyrətdi və sosiofobiyamı aşmaqda mənə kömək oldu. Iki ay əvvəl lövhədə dərs danışa bilməyən Emin artıq seminarlarda sual verən aktiv bir iştirakçı idi və indi də elədir.
Buna səbəb Akademiyanın rahat disiplin şəraitidir məncə. Muəllimlərin sanki söhbət edərmişcəsinə dərs keçməsi, müxtəlif tədbirlərin təşkili və s müxtəlif mühitlərdə olma imkanı. Bunlar bəlkə də bəziləriniz üçün pis ola bilər, amma şəxsən mənə bu şərait həqiqi mənada xoş gəlir.
Niyə məhz STEP IT Academy
- Rahatlıq.
- Muhəndislərdən təhsil almaq.
- Təcrübə təşkil edən işlərə diqqət göstərilməsi.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
- Akademiya kurs deyil! Ciddi yanasmaq lazımdır.
- Müəllimlərin hər dediyini yaddaşa həkk eləmək lazımdır. Xırdalıqlar iş mühitində lazım olur.
- Məqsədyonum olun. Akademiyada öyrəndiklərinizi təkmilləşdirin. İnternet forumlarla doludur və virtual lab üçün kifayət qədər yaxşı mühitlər mövcuddur.
- Təcrübə programlarına qoşulun