STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Ülvi Bəşirov

Azərbaycan Beynəlxalq Bankı: iOS Software Engineer

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Təhsildən öncə nə işlə məşqul olmusunuz? 

Akademiyaya universitetin 2 ci kursunda başlamışdım və o zamanlar özüm sərbəst şəkildə öyrənməyə çalışırdım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ? 

Bütün bu öyrəndiklərimiz elə özü bir nailiyətdir. Təhsili davam etdirdikcə bir çox təkliflər gəlirdi, bu sahə üzrə yeni tanışlıqlar yaranırdı. Bunlardan əlavə olaraq təhsil müddətində Microsoft şirkətinin beynəlxalq sertfikatını almışdım. Bu kimi nailiyətlər insanı dahada həvəsləndirir..

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub? 

Bəli olub, hətda akademiyada oxuduğum müddətdə belə freelance layihələr üzərində işləyirdim. Çox gənc yaşlarda sərbəst gəlir əldə etdikdən sonra insan dahada həvəslənir və motivasiyası artır.

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Çətinliklərlə üzləşdikdə əsasən 2 hal baş verir: ya bacarmayıb motivasiyadan düşürsən ya da “mən bunu niyə bacarmamalıyam?” deyib daha da yüksək motivasiya ilə həll etməyə çalışırsan. Mən həmişə çalışırdım ki problemləri özüm sərbəst şəkildə həll edim. Özünə inam çox vacibdir.

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

Əsasən həvəs, istək və motivasiya önəmlidir. Çünki həvəs olduqdan sonra sən məqsədə çatmaq üçün hər bir çətinliyi rahat şəkildə keçə biləcəksən. Biz Akademiyaya universitet qrup yoldaşımla bərabər başlamışdıq, lakin o ilk çətinlikdən sonra həvəsdən düşdü, mən isə davam etdim və nəticələrini gördüm.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi? 

Hal hazırda ABB-də (Azərbaycan Beynəlxalq Bankı) iOS Software Engineer olaraq çalışıram.

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib? 

Bu sahəyə, bu mühitə keçməyimdə çox köməyi olub. Dərslərdən əlavə yarışlar olurdu onlara qatılırdım, yeni insanlar tanıyırdım.

Niyə məhz STEP IT Academy? 

Universitet vaxtlarımda araşdırmalar edirdim və STEP IT Academy-nin tədris metodu, şəraiti, müəllimləri çox yaxşı olduğu üçün buranı seçdim.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Bu sahə elədə asan öyrənilən sahə deyil. Bunun üçün böyük həvəs, motivasiya, əzm tələb olunur. Çalışın həvəsinizi itirməyin, daim irəliləyin və sizə əminliklə deyirəmki nəticəsini görəcəksiniz.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti