STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Sənan Şahverdiyev

OneDegree: HelpDesk

İstiqamət üzrə məzun:

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

Step İT Kompüter Akademiyasında Şəbəkə və Kibertəhlükəsizlik üzrə təhsil alıram.

 

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsildən öncə tələbə olmuşam, heç bir yerdə işləmirdim.

 

Təhsil müddətində və ya sonra hansı nailiyyətlər əldə etmisiniz ?  

Təhsil müddətində ilk , AzEduNet şirkətində HelpDesk olaraq təcrübə proqramına qəbul oldum. Daha sonra isə OneDegree şirkətində Part time HelpDesk olaraq işə qəbul oldum.

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bəli , ilk gəlirimi OneDegree şirkətində, Step İT Academy-də təhsilimə başladıqdan 1 il sonra əldə etmişəm.

 

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsindən necə gəlmisiz?

CCNA imtahanına hazırlaşarkən proqramın çətinliyi bizi qrup olaraq motivasiyadan salmışdı, lakin müəllimimizin dostyana məsləhətləri və Step İT Academy komandasının bizi səmimi şəkildə yol göstərərək ruhlandırmasından sonra uğurlu nəticələr göstərdik və imtahanlardan uğurla keçdik, sertifikata nail olduq.

 

 Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

İstedadın vacib olduğunu düşünmürəm, əzimkar olmaq, nə olursa olsun ruhdan düşməmək , hər hansı problem yarandıqda müəllimlərimizdən məsləhət almaq və bu yolda uğurla addımlamaq lazımdır. 

 

Hal hazırda nə işlə məşğul olursunuz? Hansısa şirkətdə işləyirsinizmi?

Bəli, OneDegree şirkətində HelpDesk olaraq işimə davam edirəm.

 

Step IT həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Step İT Academy həyatımda çox xoş izlər qoymuş, gələcəyin peşəsinə sahib olmağıma səbəbkar olmuş, çox gözəl dostluq münasibətlərini mənə bəxş etmiş, bəlkədə gələcəyimi xilas etmişdir.

 

Niyə məhz Step IT Academy?

Step IT Academy-nın hər bir tələbəyə fərdi yanaşaraq yaranan və ya yarana biləcək problemlərin aradan qalxması üçün əllərindən gələni etməsi, müəllimlərin həm bilik,həm də metodika olaraq tam professional olması, sonda beynəlxalq diplomla təltif olunma və s. kimi xüsusiyyətləri Step IT-ni əvəzsiz bir məkan etdiyini düşünürəm.

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Xəyalınız olan yolda addım atmaq üçün heç zaman gec deil. Sadəcə başlamaq lazımdır. Bu yolda isə sizə əvəzsiz yoldaş ola biləcək olan yeganə məkanın Step İT olacağından qəti şübhəniz olmasın.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti