STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Arzu Bəxtiyarova

Azerbaijan Digital Art:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Sizi IT sahəsində cəlb edən nədir? Kompüter Qrafikası və Dizaynla neçə yaşınızdan məşğul olamağa başlamısınız?


 

Kompüter Qrafikası və  Dizayn sahəsində və IT sahəsində məni cəlb edən birinci sənətin özü olub. Qrafik Dizayn sahəsinə yönəlməyimin səbəbi də sırf kreativliyə olan marağım, əl işlərinə olan marağım və rənglərə olan marağım oluub. Kompüter Qrafikası və Dizayn sahəsində 22 yaşımda işləməyə başladım  və işlədiyim müddət ərzindədə sadəcə şəkili kəsib, rəngliyib dizayner ola biləcəyimi düşünmədim. Buna görə də mütəxəsis və peşəkar kimi bu sahənin bir hissəsi olmaq üçün STEP IT Academy-də təhsil almağa qərara aldım.

 

Nə üzrə təhsil almısınız? Sizcə bir IT mütəxəssisinin ali təhsil alması vacibdir, yoxsa əlavə kurslar kifayət edə bilər?

 

İlk öncə mən təhsilimi Kompüter Qrafikası və Dizayn üzrə almamışam, Azərbaycan Dövlət Aqrar Universitetin, Zoo Mühəndislik fakültəsini bitirmişəm. Amma özümü o sahənin insani olaraq görmədiyim üçün və özümü o sahədə həvəsli hiss etmədiyim üçün mən Kompüter Qrafikası və Dizayn sahəsini seçdim. Bu sahədə təhsil məncə önəmlidir, əlavə kurslarla siz program biliklərini örgənirsiz, amma programm bilikləri təbii ki yetərli olmur. Professional və kreativ dizayner olmaq istəyirsinizsə, təhsil, bilik, savad hər zaman önəmlidir. Bu bütün sahələrə aiddir, həmçinin Kompüter Qrafikası və dizayn sahəsinədə.

 

Uşaq vaxtı kim olmaq istəmisiniz?

 

Hal hazırda Dizayner kimi işləməyimə baxmıyaraq uşaqlıqdan dizayner olmaq kimi bir fikirim olmayıb, çünki  dizaynın nə olduğunu bilməmişəm.

Uşaqlıqda ən böyük arzum kosmonavt olmaq idi. Biraz IT sahəsinə bağlıdır,  amma yenədə kosmonavt olmaq istəyirdim. İndi qrafik dizayner kimi fəaliyyət göstərirəm.

 

Boş vaxtınızı necə keçirirsiniz? Hobbiniz nədir?


 

Boş vaxtlarımı çalışıram boş və səmərəsiz keçirməyim, əksinə səmərəli keçirtməyi çalışıram. Öz sahəm üzrə təhsilimi yenə davam etdirirəm, biliklərərimi artırmağa çalışıram, eyni zamanda dizaynın digər sahələri üzrə biliklərə yiyələnməyə çalışıram. Məsələn İnteryer Dizayn, Uİ/UX Dizayn üzrə təçrübəmi artırmağa çalışıram və daimi olaraq mütaliə edirəm. Hobbim təbii ki kitab kolleksiyası toplamaq və dedektiv kitablar oxumaqdır.

 

Sizi işinizdə nə ilhamlandırır və motivasiya edir?

 

Bu sahədə məni motivasiya edən elə sahənin özüdür. Qrafik Dizayner olmaq özü mənə motivasiya verir. Rənglərlə işləmək, araşdırmaq, öyrənmək və hər gün yeni məlumatlar əldə etmək imkanı mənə motivasiya verir. Eyni  zamanda ətrafımda olan həm öz sahəmin insanları ilə həm də digər sahənin peşəkarları ilə daimi əlaqədə olmaq belə məni motivasiya edir.

 

IT sahəsi çox dinamikdir. Trenddə qalmaq üçün nə etmək lazımdı? Sirlərinizi bölüşün.

 

Kompüter Qrafikası və Dizayn sahəsi hər zaman dinamik olaraq qalır və yeni yeni trendlər ortaya çıxır. İl dəyişdikdə, dövr dəyişdikdə trendlər artır və daimi olaraq bu trendləri izləmək, sizi hər zaman ön planda saxlayır. Çalışın hər zaman araşdırma edəsiniz, boş dayanmıyasınız, trendləri izləməyə başlayın, dizaynerlərin işlərini izləyin. Baxın harda, kim, nə edir, 2021 ci ildə hansı trendlər var, daimi olaraq trenddə qalmaq üçün aktiv olmalısınız hər sahədə: istər sosial mediada, istər öz həyatınızda, istər şəxsi, istər iş həyatınızda daimi aktiv olmalısınız.

 

Sizcə dizayn- dan başqa hansı sahədə özünüzü reallaşdıra bilərdiniz?

 

Özümü Dizayn və IT sahəsinən başqa bir sahədə təssəvür edə bilməmişəm heç vaxt. Amma hər zaman özümü marketing sahəsində görmüşəm və bu sahə üzrə də təcrübəmi artırmağa çalışıram. Düşünürəm ki Qrafik Dizayner olmasaydım böyük ehtimal ilə marketing mütəxəssisi olardım.



IT dünyasına yeni başlayanlara nə məsləhət verə bilərsiniz?

 

Kompüter Qrafikası və Dizayn sahəsinə yeni başlayanlara, həvəsi olanlara ilk 3 məsləhətim oxumaq, araşdırmaq və mütləq tətbiq etməkdir. Çünki oxuyub, araşdırıb, amma tətbiq etməsəniz bunlar hamsı bir yerdə vəhdət təşkil etməyəcək və bilməyəcəksiniz hansı istiqamətdə irəliləyəsiniz. Oxuyun, araşdırın və mütləq tətbiq edin.



Qadın mütəxəsis kimi özünüzü  iş həyatınızda necə hiss edirsiz?

 

Kənardan sterotiplər, çərçivələr var. Siz bu sahədə özünüzü bir IT mütəxəsisi olaraq sübüt etsəniz, kənarda olan, bu sahədə qadın olmağınıza dırnaq arası baxan insanlara da bir örnək olacaqsınız və qadınların özlərinə də motivasiya olacaqsınız ki, texnoloqiya yalnız kişilər və oğlanlar üçün deyil. Texnoloqiya sahəsində qadınların da kifayət gədər rolu var. Bugünki texnoloqiyaların əksəriyyət hissəsi qadınlar tərəfinən kəşf olunmuş texnoloqiyalardır. Ona gorə hər kəsin dediyi fikirlərə çox da önəm verməyin öz düşüncənizlə və öz addımlarınızı ataraq bu sahədə inkişaf edin.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti