STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Mahmudov Elvin

Kapital Bank:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Salam mən Mahmudov Elvin, 2014 cü ildə   Azərbaycan Texniki Universitetinə İnformasiya Texnologiyaları və Sistemlərinin İdarə edilməsi ixtisasına daxil olub 2018 ci ildə 96.5% ortalama göstərici ilə birlikdə qırmızı diplom ilə bitirmişəm.

 

Həmin il isə yenidən İnformasiya Texnologiyaları və Sistemlərinin İdarə edilməsi ixtisasını magistr səviyyəsində davam etmişəm. Universitet dövrümdə mütəmadi olaraq STEP IT Academy-də IT üzrə və müəyyən səviyyədə proqramlaşdırma üzrə təhsil almışam. Təhsilimdən öncə hər hansı bir işlə məşqul olmamışam, sadəcə məqsədim daimi formada həvəskar olaraq təhsilimdə irəliləyiş etmək olmuşdur.

 

STEP IT Academy-də təhsil aldığım müddətdə Sinteks MMC şirkətlər qrupunda Help Desk olaraq Təcrübəyə qəbul olmdum və 2 aydan sonra Akademiyada əldə etdiyim biliklərlə və bundan əlavə təcrübə müddətində əldə etdiyim praktikaya əsasən texniki dəstək üzrə mütəxəssis vəzifəsinə layiq görüldüm. Elə ilk gəlirim də Sinteks MMC də işlədiyim zaman olmuşdur. İşlədiyim müddətdə isə daimi olaraq Linux əməliyyat sistemi ilə maraqlanmışam. 

 

Bir müddət Sinteksdə işlədikdən sonra Kapital Bankdan texniki dəstək üzrə mütəxəssis vəzifəsi üzrə təklif gəldi. Kapital Bankda işlədiyim müddətdə Linux əməliyyat sistemindən əlavə olaraq müəyyən qədər HTML, CSS, JavaScript və s. öyrənərək təcrübə toplamışdım.


 

Motivasiyadan düşdüyümüz hallar mütləq şəkildə hər zaman ola bilər.  İnsan hər zaman daimi formada irəliləmək istəyir lakin bəzi hallarda proseslər istəmədiyimiz kimi gedə bilər. Bu haldada istər-istəməz motivasiya düşüklüyü ola bilər. Lakin belə hallarda hər zaman insanın bir hədəfi olmalıdır və bu hədəfə doğru qətiyyətli bir şəkildə addımlamalıdır. Mənim fikrimcə elə uğur qazanmağın əsas səbəblərindən məhz elə biri də budur.

 

Nəinki bizim sahədə, ümumiyyətlə bir çox sahədə insanın istedadı olmağı böyük bir əlverişdir. Lakin fikrimcə əzimkarlıq mütləqdir, çünki sahəmiz daimi olaraq inkişaf edir və yeni sistemlər yaradılır. Məcburi formada deməyək, lakin zənnimcə hər bir insan istəkli formada öz sahəsini sevərək əzimli formada yeni sistemlərə inteqrasiya olmağı bacarmalıdır. Hal hazırda Kapital Bankda Devops Ekspert Mərkəzində Devops Mühəndis olaraq işləyirəm.

 

Step IT Academy həyatımda mütləq ki xoş mənada izlər qoymuşdur. Demək olar ki, IT sahəsində ilk addımlarımı atmaqda məhz STEP IT Academy kömək olmuşdur. Müəllim kollektivi həddindən artıq çox gözəldir. Onların arasında isə xüsusi Təmraz Əsgərov vardır, nəinki STEP IT Academy-də olduğum müddətdə, hal-hazırda da mənə öz dəyərli məsləhətləri ilə köməklik edir. Bu səbəbdən də STEP IT Academy-yə həqiqətən dərindən təşəkkür edirəm!

 

STEP IT Academy istər verdiyi təhsil baxımından, istərsə də tələbələrinə verdiyi əlverişli, istiqanlı mühit cəhətdən başqa kurslardan öncəliyini hər formada göstərə bilir. Bundan əlavə isə müəllim kollektivi isə hər cəhətdən təcrübəli olduğundan bu sahəyə atdığımız addımlarda birə-bir həyatımıza müsbət formada təsir edir. Bu səbəbdən də rahatlıqla deyə bilərəmki məhz STEP IT Academy!

 

Yeni təhsil alan tələbələrə məsləhətim onda ola bilərki, ilkin olaraq hər zaman qarşılarına məqsəd qoyub o məqsədə doğru addımlasınlar. Ola bilər ki, sahədə yeni olduqları üçün müəyyən qədər yol seçməkdə çətinlik çəkəcəklər, lakin mən əminəmki bu halda STEP IT Academy kollektivindən dəstək alacaqları təqdirdə, müəllimlər sevə-sevə dəstək olacaqlarından əminəm. Həyatda və yeni karyeralarında uğurlar arzu edirəm hər birinə!

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti