STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Nigar Şıxalizadə

Aztelecom MMC:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?

 

Azərbaycan Dövlət Texniki universitetndə, Kompüter Elmləri üzrə təhsil almışam.

 

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

 

STEP IT Academy-dən öncə Azərbaycan Dövlət Texniki universitetində Kompüter Elmləri ixtisasında təhsil almışam. IT sahəsində məni cəlb edən bu sahənin çoxşaxəli və geniş olmasıdır. Ona görə  bu  sahəyə marağım yaranıb.  Lakin, düşünürəm ki İT sahəsində ali təhsilin olması bir üstünlük olsa da, sırf diplomun olması heçnəyi deyişmir, çünki İT sahəsində birinci biliyləriniz qiymətləndirilir. 

 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz? 

 

Hal-hazırda təhsil müddəti mənim üçün davam edir və bu müddət ərzində İT bilikləri əldə edirəm. Bununla yanaşı savadlı, keyfiyyətli bir mühit və özümə inam qazanmışam. 

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

 

Bəli. Artıq 5 aydır ki bu biliklər əsasında işə qəbul olunmuşam və gəlir əldə edirəm.

 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

 

Bəli. Bu bir neçə dəfə olub. Amma hər bir işdə müəyyən çətinliklər var sadəcə çalışmaq və səbrlə yanaşmaq lazımdır. Həmçinin STEP IT Academy-də dərs deyən  müəllimlər və yaranan dostluqlar vasitəsi ilə motivasiyam daha tez bərpa olunub.

 

Peşənizdə istedad vacibdir? Yoxsa əzmkarlıq?

 

Mən belə düşünürəm ki 80% əzmkarlıq 20% isə istedad vacibdir.

 

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

 

Hal hazırda şəbəkə mütəxəsisi olaraq Aztelekom MMC-də işləyirəm. Bu günə qədər belə bir fikirlərnən qarşılaşmışam ki “IT səndə alınmaz”, “başqa bir sahəyə yönlən” və sair, amma bu fikirlərə qulaq asmamışam və öz məqsədimdən dönməmişəm. Buna görə də bu sahədə daha çox irəliləyəcəyimi düşünürəm.

 

STEP IT Academy həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

 

Bəli müsbət istiqamətdə dəyişikliklər olub. Hər şeydən öncə özümü inkişaf etdirə və rahat ifadə edə bilirəm.

 

Niyə məhz STEP IT Academy? 

 

Çünki həm öyrəndiklərimi praktikada tətbiq etmək üçün rahat şərait var həm də müəllimlərin dərslərə, tələbələrə münasibəti çox yaxşıdır.

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

 

IT sahəsi çox dinamik  və gündən günə yenilənən bir sahədir.  Trenddə qalmaq üçün öz üzərinizdə çalışın və əsas təcrübə qazanın. İnamla və çalışqanlıqla hərəkət etdikdə bir çox müvəffəqiyyət əldə etmək olur. Bunun üçün də STEP IT Academy yaxşı bir vasitəçidir.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti