STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Tofig R. Əliyev

Elbit Systems:

İstiqamət üzrə məzun:

Şəbəkələr və Kibertəhlükəsizlik

Salam. Mən Tofig R. Əliyev, 21 yaşım var və STEP IT Academy-də Şəbəkələr və Kibertəhlükəsizlik ixtisası üzrə təhsil alıram. Tədris proqramına əsasən fakültəmi DevOps adlandırmağı daha çox xoşlayıram. 

 

STEP IT Academy ilə tanış olmazdan öncə bəzi xidməti sektorlarda fəaliyyət göstərmişəm və əldə etdiyim maliyyə ilə özümə investisiya yatıraraq STEP IT Academy-yə yazılmışam

 

IT sahəsində nəzəri biliklə bərabər təcrübə də böyük rol oynayır. İlk tədris müddətində nəzəri biliklərimi iş mühitində tətbiq etmək üçün təcrübə proqramları axtarmağa başladım. 

 

İlk təcrübə fəaliyyətim Academynin təşəbüssü ilə "SOCAR - Foster Wheeler Engineering LLC" - də Helpdesk olaraq başladı

 

Universitetin 4cü kursuna yeni başladığım tarixlərdə "Avirtel LLC" də təcrübə proqramı olduğu haqda xəbər aldım və müsahibədən fərqlənərək təsdiq olundum. STEP IT Academy-də Şəbəkə İnzibatçılığı üzrə təhsilim davam etdiyindən burada Helpdesk kimi başlayıb Junior Network Administrator vəzifəsinə qədər irrələdim. 

 

Artıq Universitetin sonlarında ilk iş təklifimi aldım. STEP IT Academy-də Sistem Inzibatçılığı təhsilimi əlaçı olaraq bitirdiyimdən "IT Solutions MMC"-də System Admininstrator olarag fəaliyyətə başladım.

 

Hal-hazırda STEP IT Academy-dəki təhsilim davam edir və Elektron Hökumətin İnkişafı Mərkəzində System Admininstrator vəzifəsində işləyirəm.  

 

STEP IT Academy mənə IT sahəsində necə peşəkar kimi irəliləməyi öyrədib və öyrətməyə davam edir. Karyeramda ilk addımları məhz STEP IT Academy ilə atmışam.

 

Tələbə olduğum dövrlərdə IT sahəsi üzrə necə peşəkar təhsil ala bilərəm sualının cavabını axtarmağa başladıqda qarşıma STEP IT Academy-nin reklamı çıxmışdı. Azərbaycan ərazisində olan bütün IT ilə bağlı reytinqli kursların tədris proqramı ilə tanış oldum, lakin STEP-də olan tədris planı kimi ümumi IT sahəsini əhatə edən tədris proqramı tapmadım. 

 

Təhsil alan tələbələrə karyeralarında uğurlar və dərslərində nailiyyətlər arzulayıram. 

 

Təhsillə maraqlanmaq istəyən şəxslərə isə, Akademiyanın məzunlarının,  əlaçıların, tələbələrin uğur hekayələrin oxuyun. Akademiyada keçirilən "Açıq qapı" günlərində gəlin öz gözünüzlə görün.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti