STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Nigar Ağasıyeva

Digitalks Data Agency:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Hansı peşə üzrə təhsil almısınız və ya alırsınız? 

Mənim adım Nigar Ağasievadır. STEP IT Academy-də oxumadan əvvəl UNEC-də İqtisadiyyat fakultəsində oxuyurdum, təhsilin ikinci ilində özümü dizayn sahəsində sınamağa qərar verdim, amma UNEC-dən də ayrılmadım, vaxtında və uğurla məzun oldum.

 

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz?

STEP IT Academy-də oxuyarkən çoxlu sayda bacarıq əldə etdim ki, bu da sonradan iş həyatımda və xəyallarımı realaşdırmağa mənə kömək etdi. Həm də müxtəlif sahələrdə kifayət qədər təcrübə qazandım: qrafik dizayn, fotoqrafiya, interyerlərin montajında ​​və yaradılmasında özümü sınadım. Proqramın bütün mərhələrini keçdikdən sonra hansı istiqamətin mənim üçün daha uyğun olduğunu, həyatda nə etmək istədiyimi və hansı istiqamət üzrə özümü inkişaf etdirmək istədiyimi başa düşdüm.

 

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Gəlirim həmişə fərqli olub. Fərqli sahələrdə frilans olaraq çalışdığım üçün hər şey texniki tapşırıqdan və müştərinin istəklərindən asılı idi. Hazırda isə  Digitalks Data Agency-də çalışıram.

 

Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Həyatımın ən çətin dönəmi ilham və motivasiya itkisi olub. İlhamımı itirdikdən sonra həyata olan marağımı tamamilə itirdim, bu vəziyyətdən çıxmaq üçün 2 seçimim var idi:

✔️ Ya özüm üçün heç bir şey etməyəcəyim bir gün (günlər) təşkil edirdim, və bu sonradan nələrsə etmək arzusuna səbəb olurdu. Bu çıxış yolunu seçərkən əsas məsələ həddi bilməkdir :)

✔️ Ya da mənimlə nə baş verdiyini, nə istədiyimi, problemin nə olduğunu, niyə istəyimin olmamadığını başa düşməyə çalışırdım. 

Birinci variantda motivasiyam asanlıqla bərpa olunur (müvəqqəti). İkinci variantda  isə bütün  lahiyələrimdə ən yüksək nəticələr əldə etmişəm.

 

Peşənizdə istedad vacibdir yoxsa əzmkarlıq?

İnanıram ki, istedad olmadan bacarıq və qabiliyyətini inkişaf etdirə bilərsən,  və o sonradan istedada çevrilə bilər. Və ya istedadınız varsa, onu itirməmək üçün daim üzərinizdə işləməli və inkişaf etdirməlisiniz. Əsas, çalışqan və səbirli olmaqdır.

 

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz? 

Tələbələrə demək istəyirəm ki heç vaxt təslim olmayın! Əhəmyətsiz  insanların “bacarmıyacaqsan”, “nəyivə lazımdır?”, “daha ​​yaxşı bir sənət tap”, “boş yerə vaxtını itirmə”, “ancaq bizim qonşunun qızı bankda işləyir, amma sən hələ nə etdiyini bilmirsən" kimi sözlərnə qulaq asmayın.

Sizi məqsədinizdən yayındırmağa icazə verməyin, həmişə hədəfinizə doğru gedin. Bəli çətindir, amma mümkündür. Səndən başqa, heç kim sənin üçün, nəyin yaxşı, və nəyə ehtiyacının olduğunu bilmir. Əsas istəkdir və qalanı olacaq. ❤️

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti