STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Məhəmməd Həmzəyev

Tələbə:

İstiqamət üzrə məzun:

Kompüter Qrafikası və Dizayn

Salam!

Mənim adım Məhəmməd Həmzəyev. Artıq 2 ildir STEP IT Academy-də IT sahəsi üzrə təhsil alıram. STEP IT Academy-dən öncə IT sahəsi haqqında uzaqdan maraqlanmışam.

 

17 yaşım  olması ilə əlaqədər hər hansısa bir yerdə işləmirəm və hələki o qədər də nailiyyət əldə etməmişəm, amma önümüzdəki 1 ay içərisində CCNA və RHCSA sertifikat imtahanlarına girməyi planlaşdırıram, eləcə də freelance proyektlərdə yer almışam. İlk qazancım 6 ay öncə olub.

 

STEP IT Academy mənim həyatımda böyük dəyişikliklərə səbəb olub.

Buna səbəb mən STEP IT Academy başladıqdan sonra dünyaya baxış tərzim tamamilə dəyişib.Necə desəm məni daxildən kamilləşdirib.Çox zaman bu fərqi yaşıdlarımla söhbət etdiyim zaman daha çox hiss edirəm.

“Niyə məhz Step It Academy?”

Mənə görə STEP IT Academy sizlərə sadəcə bilik bağışlamır. Eyni zamanda sizlərə ikinci bir ailə qazandırır və sizləri gələcəyə yararlı bir insan kimi yetişdirir. Bəziləri deyə bilərki “ Bu sözləri özü orada təhsil aldığı üçün deyir ” amma inanınki bunu səmimi olaraq bildirirəm.Baxın məhz bunlara görə STEP IT Academy.

 

Son olaraq Akademiyamızda təhsil alan tələbələrə özlərinə yatırım etməklə ağıllı iş gördüklərini və sadəcə Akademiyada öyrəndikləri ilə kifayətlənməməklərini,aldıqları təhsil üzrə daha çox araşdırıb daha çox öyrənməklərini məsləhət görürəm. STEP IT Academy də təhsillə maraqlananlar üçün demək isdəyirəm ki,siz Azərbaycanda STEP IT Academy kimi işini profesionallıqla görən 2 - ci bir yer tapa bilmiyəcəksiniz. Bəli STEP IT Academy ödənişi biraz sizlərə baha gələ bilər. Amma inanınki burda olan xidmətlərlə digər kurslarda göstərilən xidmətlər arasında müqayisəsi belə gülünc olan fərqlər var. Bunuda bildirmək isdəyirəm ki sizlər STEP IT Academy-də təhsil almağa başlamaqla özünüzə yatırım etmiş olursunuz.Gələcəkdə STEP IT Academy xərclədiyiniz pul sadəcə aylıq qazancınız ola bilər. Bu arada yuxarıda yazdıqlarımı əsasən yaşıdlarımın diqqətə almasını məsləhət görür və öyrənmək üçün heç bir zaman gec olmadığını bildirirəm.

 

Və buradan STEP IT Academy də təhsillə maraqlananlar üçün bildirmək istəyirəmki öncələr Akademiyamızda təhsil almış və oxumadığı üçün Akademiyamız tərəfindən kənarlaşdırılmış və ya Akademiyamızı tərk etmiş bəzi eks tələbələrin bundan sonra social şəbəkələrdə Akademiyamız haqqında bildirdikləri mənfi fikirlər tamamilə əsassızdır.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti