Hansı peşə üzrə təhsil almısınız və ya alırsız?
Kolecdə və Universitetdə İnformasiya texnologiyaları fakultəsində oxumuşam, hazırda 3cü kursdayam.
Təhsildən öncə nə işlə məşqul olmusunuz?
Kiçik prorqamlar qururdum, proqramlaşdırma üzrə yönümü seçməyə çalışırdım.
Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?
Akademiyada oxuduğum zaman, nail olduğum biliklərə əsaslanaraq artıq kolecin ikinci kursunda qrup yoldaşımla Elektron jurnal yaratdıq. Cari kolecdə həmin elektron jurnal işlədilir. Akademiyanı bitirdikdən sonra Caspel şirkətində işə başladım və hazırda 2 il Caspelin daxilində olan SetClapp şirkətində Middle .Net developer vəzifəsində çalışıram.
Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?
İlk gəlirimi Elektron Jurnalı tətbiq etdiyimiz anda aldım, sonradan artıq daimi iş yeri ilə yanaşı proektlər götürüb üzərində işləyirəm.
Belə bir hal olub ki Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?
Məncə ən çox rast olunan problemlərdən biridir. Amma hər insanın bu problemlə qarşılaşma səbəbi fərqli olur. Mən öz səbəblərimi tapdım. İşlərinizi hiss edin. Proqramlaşdırma işini hissənizə çevirin. Onu bir məqsədə nail olmaq və ya bir problemi həll etmək üçün nəzərdə tutun. Kollektiv şəklində işləmək mənim üçün motivasiyanın yüksəlişinə bir səbəb olub. Buna görə də komanda şəklində işləməyi tövsiyyə edərdim. Çalışın seçdiyiniz proqramlaşdırma dilinin və Framework-un yeniliklərini izləyin, maraqlı məqamları öyrənin.
Peşənizdə istedad vacibdir? Yoxsa əzimkarlıq?
İstedaddan danışsaq əsasən analitik düşüncəsi və məntiqi güclü olan insanlar bu sahədə uğur qazana bilir. Bir insan ki analitik düşüncəsi və məntiqi var, bu sahədə uğur qazanmaq imkanı digərlərinə nisbatən çox olacaq
Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?
Caspel şirkətində .NET üzrə mühəndis kimi çalışıram, şirkətin çox saylı proektlərində iştirak edirəm.
Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?
Step İT Akademiyası həyatımı əvvəl və sonraya böldü. Dərsdə diqqətli olub öyrəndiklərimi xırda proektlərdə təkmilləşdirdiyimə görə istənilən müsabiqələrdə rahatlıqla iştirak edirəm, xaricdə olan komandalara qoşulub sərbəst işləyirəm. Aleksandr Malomed-in verdiyi məsləhətlər, təklif etdiyi praktika üçün resurslar və Qleb Skripnikov-un dərslərin keçirilməsinə yanaşması mənim indi olduğum yerdə olmağımda böyük rolu var.
Şəxsi baxımdan StepİT Akademiyasının ürəyimdə öz yeri var. Çünki məhz StepİT-yə görə həyatımda hədsiz dəyərli insanla tanış oldum. Həmin insan indi mənim Nişanlımdır.
Niyə məhz Step It Academy?
Hər şirkətə konkurent olması vacibdir. Lakin Step İT Akademiyanın konkurentlərinin ona çatmasına hələ çox var. StepİT həm müəllimlərin vaxtını yaxşı dəyərləndirirlər, həm də tələbənin istəklərinin öhdəsindən gəlirlər. StepİT Akademiyası səmimi danışsaq hazırda İT üzrə təhsil üçün ölkədə bir nömrəli yerdir.
Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?
Demək istərdim ki, StepİT Akademiyası sizin vaxtınızı qənaət edib uyğun olan tədris planı üzrə arzuladığınız biliyə çatdıracaq. Lakin bu o demək deyil ki, Akademiya sizin yerinizə oxuyacaq. Evə qayıdıb tapşırığı həll etdikdən sonra uşaqlarla Discorda girib hər hansı oyuna girməyi tələsməyin, vaxtınızdan səmərəli istifadə edib öyrəndiklərinizi hər hansı bir kiçik proektdə təkmilləşdirin. Bu mütləq və mütləq gələcəkdə sizi digər proqramçılardan çox üstünlüyə səbəb olacaq.