STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Cavidan İbrahimov

Bank Respublika: Middle iOS Software Engineer

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Təhsildən öncə nə işlə məşqul olmusunuz?

Təhsilə başlayarkən Universitetin 3cü kurs tələbəsi idim. Həmin vaxta qədər özüm internetdən məqalələr oxuyub kiçik proyektlər hazırlayırdım.

Təhsil muddətində və ya sonra hansı nailiyətlər əldə etmisiniz ?  

STEP IT Academy-də aldığım təhsil nəticəsində bir neçə Hackathon-a qatılma şansım oldu. Lakin ən önəmli nailiyyətim universitetin son kursunda Bakı Ali Neft Məktəbi tərəfindən təşkil olunan 3-cü Elmi Konfransın "Software Development" kateqoriyası üzrə 2ci yerə layiq görülməyim oldu. Həmin konfransda mən C# proqramlaşdırılma dilindən istifadə edərək yazdığım Desktop Application ilə iştirak edirdim.

Bu işdən gəlir əldə etmisinizmi? Olubsa ilk dəfə nə zaman olub?

Bəli. Proqramlaşdırmağa yeni başlayan ərəfələrdə internetdən freelance işlər taparaq kiçik proyektlər edirdim.

Belə bir hal olub ki  Siz motivasiyadan düşmüsüz? Əgər olubsa bunun üstəsinnən necə gəlmisiz?

Motivasiyadan düşdüyüm zamanlarda sadəcə bir sualı özümə verirdim: "Niyə proqramlaşdırmanı seçdim ?". Bu suala cavab tapdıqdan sonra əziyyətimin bəhrəsini düşünürdim, bu sahə ilə nələri bacara biləcəyimi düşünürdüm. 10 il sonranı fikirləşdikdə isə yenidən motivasiya tapırdım.

Peşənizdə istedad  vacibdir? Yoxsa əzimkarlıq?

Hər bir sahədə olduğu kimi proqramlaşdırma sahəsində də əzmkarlıq ən vacib faktordu bəlkə də. İstedad hər kəsdə ola bilər, lakin o nəticə əldə etmək üçün əzmkarlıq göstərmək lazımdır. Əzmkarlıq olan yerdə nailiyyət qaçınılmazdır.

Hal hazırda nə işlə məşqul olursunuz? Hansısa şirkətda işləyirsinizmi?

Bank Respublika-da Middle iOS Software Engineer olaraq işləyirəm.

Step It həyatınızı dəyişibmi? Dəyişibsə necə dəyişib?

Bəli. Akademiya həyatımı və karyeramı yaxşı istiqamətdə çox dəyişdi. Step IT-ən əvvəl karyeram barədə ağlımda çox sual var idi, özümü 5 10 il sonra harada görəcəyimi bilmirdim. Lakin orada təhsilə başlayandan sonra suallarıma cavab tapdım. Hal hazırda karyeramda qazandığım nailiyyətlərin bir çoxu Step IT sayəsində olub.

Niyə məhz Step It Academy?

Akademiyanın tələbərinin qazandığı nailiyyətlər diqqətimdən yayınmırdı. Biraz araşdırandan sonra Step IT-də alacağım təhsilin karyeramda əvəzsiz rol alacağını gördüm. Uşaqlıqdan daim Apple, Google kimi şirkətlərdə işləmək arzum olub və arzuma gedən yolda ən böyük köməyi Step IT-də alacağımı gördüm.

Akademiyamızda təhsil alan tələbələrə və təhsil ilə marağlananlara nə demək istərdiniz?

Heç vaxt ruhdan düşməsinlər, daim əzmkarlıq göstərsinlər. Əziyyətlərinin bəhrəsini gec ya tez mütləq görəcəklər.

 

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti