STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Bakı

Nailə İbrahimova

Pasha Bank:

İstiqamət üzrə məzun:

Proqram Təminatının Yaradılması

Salam, mənim adım Nailə İbrahimovadır.

 

STEP IT Academy-də Java üzrə Proqram Təminatının yaradılması ixtisası üzrə təhsil alıram, eyni zamanda Fransa-Azərbaycan Universitetinin Kompüter Elmləri fakültəsinin 4-cü kurs tələbəsiyəm.

 

STEP IT Academy-dən əvvəl müstəqil olaraq proqramlaşdırma biliklərimi genişləndirirdim. 2019-cu ilin noyabr ayının əvvəlindən, Akademiyada 7 ay təhsil aldıqdan sonra Paşa Bankda Junior Software Developer olaraq işə başladım. 

 

Akademiya sayəsində Java dilini daha dərindən öyrəndim. STEP IT Academy-ni praktiki bacarıqlar verdiyinə görə seçdim. Tələbələrə məsləhət görürəm ki, özləri üzərində işləsinlər, heç vaxt təslim olmasınlar və bu sahədə bilikləri genişləndirsinlər.

Bu sayt Cookies istifadə edir

Gizlilik Siyasəti